Dünyanın ən bahalı futbolçuları – SIYAHI

“CIES Football Observatory” portalı futbolçuların qiymətini müəyyənləşdirib. “Qaqazinfo” Goal-a istinadən xəbər verir ki, qiymətin müəyyən olunmasında futbolçunun cari müqaviləsi, yaşı, oynadığı mövqe, milli komandada çıxışı kimi kriteriyalar nəzərə alınıb.

100 futbolçunun yer aldığı siyahının ilk “onluğ”u belədir:

1. Neymar – 213 (25 yaş, PSG, 2022-ci ilə kimi müqavilə)

2. Lionel Messi – 202.2 (30 yaş, “Barselona”, 2021)

3. Harri Keyn – 194.7 (24 yaş, “Tottenham”, 2022)

4. Kilian Mbappe – 192.5 (19 yaş, PSG, 2022)

5. Paulo Dibala – 174.6 (24 yaş, “Juventus”, 2022)

6. Dele Alli – 171.3 (22 yaş, “Tottenham”, 2022)

7. Kevin de Bruyne – 167.8 (25 yaş, “Mançester Siti”, 2021)

8. Romelu Lukaku – 164.8 (24 yaş, “Mançester Yunayted”, 2022)

9. Antuan Qrizmann – 150.2 (26 yaş, “Atletiko Madrid”, 2022)

10. Pol Poqba – 147.5 (24 yaş, “Mançester Yunayted”, 2021)

Siyahıda ən bahalı müdafiəçi 101.5 milyon avro ilə Samuel Umititi (24 yaş, “Barselona”, 2021) olub. Ən bahalı qapıçı da “Barselona” üzvüdür: Mark-Andre ter Şteqen – 96.4 milyon avro.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button