Dünyanın ən bahalı kitabı

Tarixdə ən bahalı kitab tanınmış orniotoloq, naturalist və animalist Con Ceyms Odyubonun (1785-1851) “Amerika quşları” kitabının birinci nəşri olub.

SİA-nın xəbərinə görə, dörd cilddən ibarət kitab dekabrın 8-də Londonun “Sotbis” hərrac evində 7 milyon 321 min funt sterlinqə və ya 11 milyon 559 min dollara satılıb.
Hərrac evindən bildiriblər ki, kitabı yerli diler Maykl Tollemaş alıb. O, bu kitabı “qiymətsiz” adlandırıb. Əslində bu, fakt kitab həvəskarları üçün yenilik deyildir.  Dünyada bu kitabın cəmi 119 nüsxəsi var. Bunların 108-i muzeylərdə saxlanılır. Kitabın nüsxələrindən birini ötən il Qətər şeyxi Nyu-Yorkda 8,8 milyon dollara almışdı. Həmin qiymət indiyədək mətbu nəşrə verilən rekord qiymət sayılırdı. Belə çıxır ki, “Amerika quşları” Londonda elə öz rekordunu təzələyib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button