Dünyanın sonuncu günü bəlli oldu!

vanqa1911-ci il yanvar ayının 31-də o vaxtlar Osmanlı imperiyası, sonradan Bolqarıstan ərazisi hesab olunan Strumitsa kəndində bir qız anadan oldu. Vaxtından iki ay əvvəl doğulan qızın ayaq və əl barmaqları bitişik, bədəni isə zəif olduğundan, valideynləri onun yaşamasına belə ümid etmirdi. 12 yaşında qızın həyatında onun gələcək taleyini müəyyənləşdirən bədbəxt hadisə baş verir və o, görmə qabiliyyətini də itirir.  Bu qız gələcəkdə görücü kimi məşhurlaşacaq Vanqeliya Pandeva-Quşerova, yaxud Vanqa idi.

Publika.az onun ən məşhur öngörmələrini təqdim edir. Vanqa İkinci Dünya Müharibəsi, İndira Qandinin ölümü, Nyu-Yorkdakı 11 sentyabr hücumu, Barak Obamanın ABŞ prezidenti olacağına dair əhəmiyyətli hadisələrin baş verəcəyini əvvəlcədən bildirib.
Vanqanın 2015-ci ildən sonrakı öncəgörmələri də qeyri-real görünmür. Bolqar qadının fikrincə, dünyanı XXI və qarşıdakı yüzilliklərdə aşağıdakı hadisələr gözləyir.
– 2018-ci ildə dünyanın yeni super gücü Çin olacaq, istismar edilən ölkələr müstəmləkə halına gələcək.
– 2026-cı ildə Avropanın əhalisi tükənmə nöqtəsinə gələcək.
– 2028-ci ildə yeni bir enerji mənbəyi tapılacaq (böyük ehtimalla termonüvə reaksiyaları), aclıq problemi tədricən həllini tapacaq, içində insan olan kosmik gəmi Venera planetinə göndəriləcək.
– 2033-cü ildə qütbdəki buzlaqların əriməsi nəticəsində okeanlarda suyun səviyyəsi artacaq.
– 2043-cü ildə dünya iqtisadiyyatı çox yaxşı vəziyyətdə olacaq, müsəlmanlar Avropanın hakimi olacaq.
– 2046-cı ildə insanın bütün daxili orqanları dəyişdirilməsi mümkün olacaq. Xəstələnən orqanın əvəzinə yenisi qoyulacaq.
– 2076-cı ildə sinifsız bir cəmiyyəti təbliğ edən kommunizm ideologiyası bütün dünyaya hakim olacaq.
– 2088-ci ildə insanların saniyələr ərzində yaşlanmasına səbəb olan yeni xəstəlik ortaya çıxacaq. 2097-ci ildə bu xəstəliyin dərmanı tapılacaq.
– 2100-ci ildə insanların yaradacağı süni günəşlə dünyanın qaranlıq üzü işıqlandırılacaq.
– 2111-ci ildə insanlar androidə bənzər yaşayan robotlara çevriləcək.
– 2164-cü ildə heyvanlar yarıinsana çevriləcək.
– 2170-ci ildə böyük bir quraqlıq olacaq.
– 2183-cü ildə Mars planetindəki koloniya nüvə gücünə çevriləcək və Yer planetindən müstəqilliyini tələb edəcək.
– 2196-cı ildə Asiya və Avropa irqləri tamamilə bir-birinə qarışacaq.
– 2201-ci ildə Günəşdəki termonüvə reaksiyalarının zəifləməsi nəticəsində havanın temperaturu aşağı düşəcək.
– 2256-cı ildə Uçan Naməlum Obyekt dünyaya yeni bir xəstəlik gətirəcək.
– 3797-ci il. Dünyanın sonu… Dünyadakı bütün canlılar məhv olacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button