DYP əməkdaşı: “150 min dollar pul vermişəm”

Bakı Ağır Cinayətlər Məhkəməsində “Muğanbank” ASC-nin Nəsimi filialının kredit üzrə mütəxəssisi Novruz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Xural.com Bizimyol.info xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı Kənan Nağıyev zərərçəkmiş şəxs qismində ifadə verib. Təqsirləndirilən şəxsi dostları vasitəsi ilə tanıdığını deyən K.Nağıyev ona 150 min dollar pul verdiyini bildirib. O, həmin pullardan az midarda qaytarıldığını da vurğulayıb.

Təqsirləndirilən şəxs zərərçəkmişin dediklərini təsdiq edib, lakin bildirib ki, ona 4 ay ərzində 15 min dollar pul verib: “Ümumilikdə isə 60 min dollara yaxın faizlə pul qaytardım”.
Daha sonra zərərçəkmiş K.Nağıyev deyib ki, N.Vəliyev ona ümumilikdə 50 min pul qaytarıb: “Amma həmin pulun hamısı tək mənə çatmayıb”.

Məhkəmənin növbəti iclası yanvarın 19-na təyin edilib.
İttihama görə, Novruz Vəliyev tanışları – Kənan Nağıyev, Cavad Cavadov və Fərid Quliyevin etibarından sui-istifadə edərək, “Forex” maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib və dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verib. O, aldatma yolu ilə həmin şəxslərdən ümumilikdə 332 min 200 manat məbləğində vəsaitlərini ələ keçirib. İş üzrə zərərçəkmiş şəxs qismində Muğanbank ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da tanınıb.

Novruz Vəliyev Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

İttihama münasibət bildirən Novruz Vəliyev özünü qismən təqsirli sayıb. O, zərərçəkmiş şəxslərə vurulan ziyanın bir qismini ödədiyini deyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button