DYP-nin işini ifşa edən sürücüyə rəsmi cavab gəldi – VİDEO

DYP MMX protokollarını ləğv etdi
Bakı-Qazax yolundan istifadə edən bir neçə sürücü yolun Kürdəmir-Nəvai arasındakı ərazisindəki yol nişanı 110 sürətini göstərdiyi halda, həmin sürətlə hərəkət etmələrinə baxmayaraq 90-la radara düşdüklərini bildiriblər. Bunun necə baş verdiyinə isə Baş Dövlət Yol Polisi İarəsinin şöbə rəisi, polkoknik Kamran Əliyev aydınlıq gətirib. DYP rəsmisi xəzərxəbər-ə Nəvai-Kürdəmir arasındakı magistral yolda təmir işləri başa çatdırıldığını və sürət həddinin artırıldığını bildirib.
Kamran Əliyev hadisədən xəbərdar olduqlarını və dərhal baş vermiş yanlışlığa görə tədbirlər görüldüyünü vurğulayıb. Şöbə rəisi həmin məsələyə görə protokol yazılan sürücülərin probleminin artıq aradan qaldırıldığını deyib.
Onun dediyinə görə, proqramlaşdırmada gecikmə olduğu üçün bir neçə sürücüyə yalnış elektron protokol tərtib edilib. Amma bu protokolların hamısının icrasına xitam verilib və buna görə heç bir sürücü məsuliyyətə cəlb edilməyəcək.
Baş Dövlət Yol Polisindən verilən məlumata görə, Nəvai-Kürdəmir arasındakı magistralda artıq texniki işlər yekunlaşıb. Yəni radarlar artıq saatda 90 yox, 110 kilometr həddinə uyğun tənzimlənib.

Xatırladaq ki. bir gün əvvək KİV-də sürücünün yol polisinin MMX radarında tapdığı “səhv”lə bağlı videofakt yayımlanmışdı.

Həmin görüntülərdə sürücünün “radar”a düşərək “sürət həddini aşması” ilə bağlı poçtla elektron protokolun surətini əldə edir və bundan sonra araşdırma aparır.

Protokolda Kürdəmir-Nəvahi magistral yolunda  onun avtomobilinin sürət limitini faktiki olaraq 108 km/saat pozduğu qeyd edilir. Məlum olur ki, yolda quraşdırılan radar 90 km/saat sürət limitini ötən avtomobilləri qeyd edir.

 

Məsuliyyətli sürücü, avtomobilinə quraşdırılan videoregistratorla protokolu izahlı müqayisə edərək sistemdəki səhvi sübut edib. Belə ki, radara çatmamış yol nişanı sürət həddinin 110 km/saat olduğunu göstərir. Ancaq radaq 90 km/saat sürətini ötənləri qanunu pozduğu üçün qeydə alır.

 

Videogörüntlərdə o da aydın şəkildə sübut olunur ki, yol nişanları sürücüyə sürət həddini 110 km/saat-a qədər sürməyə icazə verir. Rəsmi açıqlamadan isə bu fakt “özünəməxsus” şəkildə ört-basdır edilir: Yolda təmir işləri aparıldığı üçün sürət həddinin 90 km/saat-a endirildiyi bildirilir. Halbuki yol nişanı olmadan YPX-nin bu cür qərar qəbul etməsidən sürücü necə xəbər tuta bilərdi?

 

Göründüyü kimi, müvafiq qurumların bu özbaşınalığına vətəndaşın “cibinə girmək”dən başqa bir ad vermək olmaz.

 

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button