East London Universitetinin nümayəndələri ATU-da qonaq oldu

1 (6)East London Universitetinin nümayəndələri Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olublar.

xural.com-a ATU-nun mətbuat xidmətindən daxil olan məlumata görə, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova qonaqları salamlayaraq, onlara ilk öncə universitet haqqında məlumat verdi. O bildirdi ki,  son illərdə ATU-nun dörd yeni klinikası inşa olunub və istifadəyə verilib.

Daha sonra ATU-nun rezidentura şöbəsinin müdiri Rizvan Məmmədov qonaqlara bu ali təhsil ocağının rezidentura fəaliyyəti barədə məlumat verdi. O rezidentura şöbəsinin artıq 4 ildir ki, mövcud olduğunu bildirdi.

Görüşün davamında East London Universitetinin Fizioterapiya proqramının rəhbəri Liz Nichalls layihə barədə danışaraq, proqramın üstünlüklərindən söz açdı.

Görüşdə hər iki universitet arasında fizioterapiya ixtisası üzrə rezidentura proqramı müzakirə olundu. Gələcəkdə fizioterapiya şöbəsi üzrə rezidentura proqramının yenilənməsinə, qarşılıqlı istiqamətdə işlərin görülməsinə dair söhbətlər aparıldı.

Görüşdə ATU-nun xarici tələbələrlə is üzrə dekanı İsmayıl Əfəndiyev, ATU-nun xarici əlaqələr üzrə şöbə müdiri Nadir Zeynalov da iştirak edirdilər.

1 (7) 1 (6)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button