Ekspert: BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu Azərbaycanın dünyada vacib rolunu nümayiş etdirəcək
Aprelin 25-27-də Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Azərbaycanın beynəlxalq siyasətdə vacib rolunu vurğulayacaq.
Bunu trend.az-a 2003-2010-cu illərdə Macarıstanın Baş nazirinin xarici siyasət üzrə baş müşaviri olmuş Levente Kozma deyib.
Onun sözlərinə görə, konfrans Avropanın ən aktual probleminə həsr edilib:
“Ümid edirəm ki, forum çərçivəsində qəbul ediləcək qərarlar radikalizm və dözümsüzlüklə mübarizəyə istiqamətlənəcək”.