Ekspertizanın nəticəsi 15 gün sonra açıqlanacaq

Ilhamenin oglu

“İlhamə Quliyevanın ölümü ilə bağlı ekspertizanın nəticəsi 15 gün sonra açıqlanacaq”.

Xural.com apa.az-a istinadən bildirir ki, bunu xalq artistinin oğlu Orxan Nadirov deyib.

Onun sözlərinə görə, hələlik ölümün dəqiq səbəbi məlum deyil: “Vəsiyyəti və başqa hüquqi işlərlə vəkil məşğul olur. Vəsiyyət etmişdi ki, onu tabutda dəfn edək. Amma müsəlman qaydasına görə, insan dünyasını dəyişəndə onu tabutda dəfn etmirlər. Anam da əsl müsəlman qadın idi, ona görə də mən onu tabutda dəfn edə bilmərəm”.

***

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov mətbuata açıqlama verib.

Xural.com musavat.com-a istinadən bildirir ki, anasının ölümündən danışan xalq artistinin oğlu dünən etdiyi kobudluğa görə media nümayəndələrindən üzr istəyib:

“Azərbaycan incəsənətinə böyük itki olduğu kimi mənim üçün də böyük itkidir. Mən böyüyümü, dayağımı itirmişəm. Bu gün mənim üçün çox çətindir. Hamının alın yazısı var, gec-tez vəfat edir. Dünən jurnalistlərə qarşı kobudluq etmişəm. Dəfələrlə hamınızdan üzr istəyirəm. Məni də başa  düşün, yaxınlaşıb nə hiss keçirdiyimi soruşdular. Bu, toy, konsert deyil ki, sevinc hissi keçirim. Anamın vəsiyyətnaməsi, bütün sənədləri ailəmizin hüquqşünası Habil Vəliyevdədir. O bu işlə məşğul olacaq. Srağagün gecə anamla danışdıq. Hər zaman ikimiz yuxudan gec oyandığımız üçün bir-birimizə gec zəng vururduq. Vacib iş olanda tezdən zəng vurardım. Hələ ki, ekspertizanın rəyi açıqlanmayıb, 15 gün sonra hər şey məlum olacaq. Anam tabutda basdırılmağını istəsə də, biz müsəlmanıq. Müsəlman anamı tabutda basdıra bilmərəm. Bu gündən ehsanı Təzə Pir məscidində veriləcək”.

Orxan xalq artistinin diplomatik pasportundan da danışıb:

“İlhamə xanıma Heydər Əliyev tərəfindən diplomatik pasport verilib. O diplomatik status daşıyır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button