Elçin Əmiraslanov ölümcül xəstəliyə yoluxdurulub

Bu barədə vəkil Elçin Sadıqov öz facebook səhifəsində paylaşdığı statusda bildirib:

“02 iyul 2016-cı il tarixdə barələrindəki ölüm cəzası qanunsuz olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilən, artıq 20 ildir qanunsuz ömürlük cəza çəkən Elçin Əmiraslanovla Penitensiar Xidmətin Müalicə Müəssisəsində, Səfa Poladov və Arif Kazimovla Penitensiar Xidmətin Həbsxanasında görüşdüm.

Hamıya salam dedilər.

img1220526

Səhhətləri qənaətbəxş deyil. Xüsusilə Elçin Əmiraslanov ölümcül xəstəliyə yoluxdurulub. Hər üç şəxs 15 ildən artıqdır ki, həmişə siyasi məhbus siyahısında olmalarına baxmayaraq azad edilməyiblər.

Ölüm cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunan şəxslərlə bağlı digər postsovet ölkələri səmərəli addımlar atsa da, 70-dən çox şəxs var ki, onların ölüm cəzaları qanunsuz olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsinə baxmayaraq hələ də Azərbaycan Höküməti bu problemi həll etməyib.

2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, ölüm cəzası bağışlandıqda maksimum 20 ilədək azadlıqdan məhrum etmə cəzası ilə əvəz oluna bilərdi, ölüm cəzası ömürlük azadlıqdan məhrum etmə ilə əvəz oluna bilməzdi”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button