Elçin İsmayıllının işi üzrə istintaq yekunlaşıb

Həbsdəki jurnalist Elçin İsmayıllının işi məhkəməyə gedir.

Bu barədə jurnalistin vəkili Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, E.İsmayıllı ilə bağlı cinayəti işinin istintaqı yekunlaşıb. Bu haqda ona Baş Prokurorluqdan bildiriblər.

Baş Prokurorluqdan bildirilib ki, jurnalistə qarşı yekun olaraq Cinayət Məcəlləsinin 4 maddəsi ilə ittiham irəli sürülüb. E.İsmayıllı 182-ci (hədə qorxu ilə tələb etmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma) maddələrlə təqsirləndirilir.

Yaxın günlərdə vəkillər cinayət işinin materialları ilə tanış olacaqlar. İş baxılmaq üçün məhkəməyə göndəriləcək.

İsmayıllıda yaşayan müstəqil jurnalist Elçin İsmayıllı fevralın 17-də saxlanılıb. Fevralın 8-də Nəsimi Rayon Məhkəməsi onun barəsində 24 günlük həbs qətimkan tədbiri seçib. Sonradan həbs müddəti bir neçə dəfə artırılıb.

Vəkilin bildirdiyinə görə, istintaq materiallarında jurnalist İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşını hədələyərək pul tələb etməkdə günahlandırılır. Həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib və Elçin İsmayıllı pul alacağı əsası ilə həbs olunub. Vəkilin sözlərinə görə, jurnalist həbsinin qurama, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

“Elçin İsmayıllı deyib ki, bu iş quramadır. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçin İsmayıllını həbs ediblər”, – vəkil jurnalist həbs olunarkən bildirib.

Turan.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button