“Eldar Mahmudov dövlətin düşməni deyildi”

????????????????????????????????????

Deputatlıqdan məhrum edilən bankir danışdı.

“Ölkənin yarısı onunla salamlaşmağı özünə şərəf bilirdi”

Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 17-də gözlənilməz qərar verdi. 90 saylı Ağdaş seçki dairəsi üzrə səsvermənin nəticələrini deputatların təsdiqlənməsinə bir neçə gün qalmış ləğv etdi. Bu dairədən “Azəriqazbank” Müşahidə Şurasının sədri Çingiz Əsədullayev deputat seçilmişdi.

Çingiz Әsədullayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxs sayılır. Bu baxımdan onun mandatdan məhrum edilməsi Eldar Mahmudovun “vurulması” ilə əlaqələndirilir.

Çingiz Әsədullayev MSK-nın qərarı ilə bağlı virtualaz.org saytının suallarını cavablandırarkən bu mülahizəyə də münasibət bildirb:

“Mən Eldar Mahmudovun qohumu deyiləm. Hərçənd Eldar Mahmudovun bacısı Elmira xanımla – Milli Qəhrəman Riyad Əhmədovun həyat yoldaşı ilə yaxın dostuq. Eldar Mahmudovun həyat yoldaşı Tahirə xanımla isə bir sinifdə oxumuşuq.
Yeri gəlmişkən, bəzi KİV-lər belə məlumat yaymışdı ki, Eldar Mahmudovun həyat yoldaşı bizim bankda guya bir neçə il ərzində məsləhətçi işləyib. Bu məlumat da həqiqətə uyğun deyil. Bəli, biz Eldar Mahmudovla dost olmuşuq. Amma üzr istəyirəm, ölkənin yarısı onunla salamlaşmağı özünə şərəf bilirdi. Bu adam dövlətin düşməni deyildi, sadəcə olaraq milli təhlükəsizlik naziri postunu tuturdu.
Milli təhülkəsizlik naziri ilə dostluq etmək nə vaxtdan bəri kompromat və ya ayıb iş sayılır? Onunla ünisyyətimiz olubsa da bu, hər hansı təxribatçı və ya casusla yox, İlham Əliyev hökumətinin aparıcı nazirlərindən biri ilə ünsiyyət olub. Burada məntiq hanı? Bu nazirlikdə belə qanun pozuntularının baş verməsi o zaman kimin ağlına gələ bilərdi? Bu haqda kim danışırdı? Bunu kim mühakimə edib pisləyirdi? Bütün ölkə onunla ünsiyyətə girir, danışırdı. İndi belə çıxır ki, həmin adamların hamısını prezidentin və hökumətin düşmənləri siyahısına salmaq lazımdır?”.

MSK-nın qərarına gəlincə, Çingiz Әsədullayev bunu şərh edə bilməyəcəyini və qərarla razılaşdığını deyib. O, mandatdan məhrum edilməsinə görə hakimiyyətə münasibətinin və mövqeyinin dəyişməyəcəyini vurğulayıb.

“MSK-nın və hökumətin hansı qərarı verməsindən asılı olmayaraq mən indiki hakimiyyətin və prezident İlham Əliyevin siyasi xəttinin səmimi davamçısı və tərəfdarı olaraq qalıram…
Mən ab-havaya və maraqlarına uyğun olaraq öz siyasi əqidəsini əlcək kimi dəyişən adamlardan deyiləm… Gözümüz önündə o qədər siyasi hadisələr olub ki. Ona görə də belə sual yarana bilər: Çingiz Əsədullayev özünü necə aparacaq? Mən hökumətin və prezidentin istənilən qərarını dəstəkləyirəm. Əgər hökumət, MSK bu dairədə seçkinin nəticələrinin ləğv edilməli olduğunu düzgün hesab edirlərsə, deməli, belə də olmalıdır. Mən bu qərarı heç bir halda şübhə altına almaram”, – deyə o bildirib.

Bundan sonrakı fəaliyyətinə gəlincə, Әsədullayev özünü bütövlükdə bank işinə sərf edəcəyini deyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button