Eldar Mahmudovun ölkədən qaçan adamı kimdir?

eldar mahmudovHakimiyyət xaricə ciddi kompromatların ötürüləcəyindən narahatdır; Keçmiş MTN şefi iqtidara hansı mesajı göndərib?

MTN işi ilə bağlı “Azadlıq” qəzetinin redaksiyasına yeni məlumatlar daxil olub. Bildirilir ki, keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun dəstəsinin üzvlərindən birinin “yox”a çıxması hakimiyyətdə ciddi narahatlıq yaradıb. Qeyd edək ki, Baş Prokurorluğun “MTN işi” iləbağlı məlumatında da bir nəfərin axtarışa verildiyi bildirilirdi. Lakin hansısa səbəblərdən həmin şəxsin adı açıqlanmır. Məlumatlara görə, hakimiyyətin narahatlığı həmin şəxs vasitəsilə xaricə ciddi kompromatların ötürülə biləcəyi ilə bağlıdır. Bundan başqa məlumatlarda iddia edilir ki, Eldar Mahmudov da hakimiyyətə danışa biləcəyi barədə mesaj verib. Iddia olunur ki, MTN-in keçmiş şefi “biz hələ susmuşuq” deyə hədə-qorxu gəlib. Eldar Mahmudovun nələri açıqlaya biləcəyini təsəvvür etmək çətin deyil.

Hər halda bu şəxs 11 il ölkənin Milli Təhlükəsizlik naziri olub. Əlində kifayət qədər ciddi kompromatların olması şübhəsizdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button