Eldar Mahmudovun və generallarının ayağına “elektron bazubənd” taxıldı

çovdarov

MTN-də baş verən və başdöndürən sürətlə davam edən olaylar zəncirinə biri də qoşulub. Bu dəfə “baş qəhrəman” Akif Çovdarov işdən azad olunub. Onun həbs olunacağı artıq an məsələsidir. Bu arada xural.com-a çox özəl mənbələrdən informasiyalar daxil olub.

xural.com-a özəl mənbələrdən daxil olan xəbərdə deyilir ki, artıq Akif Çovdarovun ayağına elektron bazubənd taxılıb və onun atdığı hər bir addım artıq nəzarətdədir. Zatən onun evdən kənara addım atmadığı bildirilir. Maraqlıdır ki, elektron bazubəndin təkcə Akif Çovdarova deyil, hətta Eldar Mahmudova və hələlik həbs olunmayan digər MTN generallarına da taxıldığı bildirilir. Bu elektron bazubəndlərin ölkəyə gətirilməsi və tətbiq olunması haqqında uzun illərdir aparılan müzakirələr nəhayət, öz bəhrəsini verib. Məlumatlara görə, ölkəyə gətirilən və tətbiq oluması nəzərdə tutulan bazubəndlər ilk dəfə məhz Mədət Quliyevin rəhbərlik etdiyi Penitensiar Xidmətdə tətbiq olunmalı imiş. İş elə gətirib ki, Mədət Quliyev bu “islahat”a məhz yeni vəzifəsində – MTN-də başlayıb.

Elektrik bazubəndlərin taxılması bir çox xarici ölkələrdə uzun zamandır ki, tətbiq olunmaqdadır. Onu adətən, məhkəmənin qərarı ilə haqqında ev dustaqlığı qətimkan tədbiri tətbiq olunan şəxslərə şamil edirlər. Bir neçə il bundan əvvəl tanınmış bəzi deputatların həbsində hakimiyyətin müəyyən maraqlı dairələri həmin elektron bazubənd məsələsini gündəmə gətirmişdi.

İndi budur, illərlə minlərlə insanların qollarını qandallayan generalların ayaqlarına bazubənd keçirilib. Onlar daha heç bir yerə qaça da bilməzlər. Elektron bazubəndlər buna imkan vermir.

Məsələ ilə bağlı MTN-in mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdıq. Zənglərimizə cavab verən olmadı. Məsələni diqqətdə saxlamağa çalışacağıq.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button