Eldar Sabiroğlu oğlu ilə bağlı İlham Əliyevə daha bir müraciət etdi

Eldar Sabiroğlu

Sabiq YAP-çılardan Eldar Sabiroğlu oğlu Rüfət Səfərovun ətrafında son cərəyan edən hadisələrlə bağlı prezident İlham Əliyevə yenidən müraciət edib.  Xural.com-a daxil olan müraciətdə deyilir:

“Rüfətin atmış olduğu addıma görə, Respublika  Prokurorluğu onu  prokurorluq orqanlarından xaric etdi. Bu, normal haldır və Rüfətin hərəkətinə adekvatdır. Ancaq bir şey var ki, məni çox təəccübləndirir. Rüfət söz deyib, əlində silah dövlətə qarşı çıxmayıb. Hansısa xarici təşkilatla bir əlaqəsi yoxdur. Dövlət əleyhinə hər hansı bir çağırışla çıxış etməyib. İndi  Rüfətə elə basqılar var ki, təsəvvürə gətirmək belə çətindir. Baş Prokurorluqdan gələn əməkdaşlar onun kompüterini, telefonlarını müsadirə ediblər. Evində axtarış aparıblar. Bu nədir? Bu hərəkət Azərbaycanın hansı qanunları ilə bir araya sığır? Söz deyib, dediyi sözə görə də cəzasını alıb. O zaman bir komissiya da göndərib, bir axtarış aparsınlar. Bəlkə bir şey tapdılar. İnsanları bax  bu cür vəziyyətə gətirməklə, iqtidara qarşı münasibət formalaşdırırlar. Mən bilmirdim ki, Ramiz Mehdiyev dövlət deməkdir. Onunla bağlı mənim məlum yazılarım, Prezident Aparatı rəhbərini görünür çox qıcıqlandırıb və indi də qisas almaq istəyir. Heç şübhəsiz ki, Baş Prokurorluğa bu barədə öz tövsiyələrini də verməmiş deyil.

Hörmətli, cənab Prezident!

Azərbaycanda qanunçuluğu bərqərar etmək istiqamətində apardığınız işləri, baxın, bu cür şəxsi maraqlar üstələyir.  Məhkəmə qərarı olmadan bir şəxsin əmlakını müsadirə etmək, evində axtarış aparmaq nə qədər qanunlarımız çərçivəsinə sığır. İndi dediklərimdən də istifadə edib, mənə qarşı olanlar qisaslarını daha da sürətləndirəcək və bəlkə də Sizə də mənim və oğlum haqqında olmazın yalan informasiyalar çatdıracaqlar. Aparılan axtarış işləri onu göstərir ki, oğlumu həbs də edə bilərlər. Eybi yox. Amma sizdən xahişim budur ki, bu məsələdə Ramiz Mehdiyevin müdaxiləsinin qarşısını kəsmək üçün aidiyyati orqanlara tapşırıq verəsiniz.

Cənab Prezident, Sizdən yalnız bunu xahiş edirəm.”

Əlaqəli məqalələr

1 şərh

  1. Men yasli bir ana kimi Prezidentim Ilham Eliyeve ve onun xanimi Mehriban Eliyevaya muraciyet edirem ki 3 gun gundemde olan bu vetenperver savadli obyektiv fikir soyleyen bu cavan oglan teyziqlere meruz qalir edaletsizliknen rastlasir.2 gundu acliq kecirir bir tibbi yardim ve nezaret gosterilmir.Sizden xayis edirem vetendasinizin qaygisina qalin ! XAYIS EDIREM.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button