Elmar Hüseynovsuz 10 il – jurnalistin məzarı başında aksiya – VIDEO

02 03 201502.03.2015

Bu gün “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətlindən 10 il ötür. O, 2005-ci il martın 2-də evinin kandarında bir neçə dəfə atəş açılmaqla qətlə yetirilib.

Ənənəvi olaraq, hər il martın 2-də Elmarın həmkarları, demokratik ictimaiyyətin nümayəndələri – müxalifət partiyalarının, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri və fəalları onun məzarı başında toplaşır.

Kortəbii matəm mitinqi zamanı Turan agentliyinin direktoru Mehman Əliyev qeyd edib ki, ötən 10 il ərzində hələ də cinayətin icraçıları və sifarişçiləri tapılmayıb.

Bu zaman o xatırladıb ki, güllələrdən biri Elmarın ağzına atılıb ki, bu da onun susdurmaq üçün qətlə yetirildiyinin sübutu idi.

Elmarın qətli mətbuat azadlığına qarşı total hücumların başlanğıcını qoydu və bu gün Azərbaycan mətbuatında deqradasiya baş verir. Əliyev bugünki aksiyada, demək olar ki, “media kapitanlarının” – KİV rəhbərlərinin olmadığına diqqət çəkib.

Bu gün mətbuat və telekanallardan hadisələrin işıqlandırılması üçün deyil, ictimai rəyin manipulyasiyası üçün istifadə olunur.

Lakin söz azadlığını tamamilə boğmaq mümkün olmur, belə ki, İnternetdə, xüsusən sosial mediada azad fikir bildirmək imkanı yaranıb.

M.Əliyev ötən on ili itirilmiş illər adlandırıb, o hesab edir ki, hazırki böhran qanunvericiliyə və demokratik azadlıqların boğulmasının nəticəsinə çevrilib.

Lakin Azərbaycanda demokratik dəyişikliklər uğrunda mübarizə sonda uğurla nəticələnir, bu mübarizədə Elmar mənəvi istiqamətçi olaraq qalacaq, deyə o qeyd edib.

Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli 10 il əvvəlki hadisələrə qısa ekskursiya edərək qeyd edib ki, avtoritar ölkələrdə azadlıq və demokratiya müdafiəçilərindən heç kim qətldən sığortalanmayıb, buna görə demokratiya uğrunda mübarizəni dayandırmaq olmaz.

Müsavat Partiyasının rəhbəri Arif Hacılı bildirib ki, 10 il ərzində ölkədə siyasi vəziyyət yalnız pisləşib və hazırda Azərbaycanda vəziyyət Rusiyada, Belarusda və digər avtoritar ölkələrdə olduğundan daha pisdir. Azərbaycanda 100-dən çox siyasi məhbus var – Rusiya və Belarusda olduğundan daha çox.

Milli Partiyanın lideri Pənah Hüseyn xatırladıb ki, İlham Əliyev şəxsən Elmar Hüseynovun qətlinin üstünün açılacağını vəd edib.

Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib ki, Elmarın qətlinə görə məsuliyyəti Əliyev rejimi daşıyır. O, Putin rejiminin aradan qaldırdığı Boris Nemtsovun qətli ilə paralel aparıb.

Hərbi jurnalist Üzeyir Cəfərov da jurnalistikanın deqradasiyaya uğradığını deyərək, qəzetlərin KİV-ə Dövlət Dəstəyi Fondunun ayırdığı 10 min manata müstəqilliklərinə əlvida deyir.

AXCP lideri Əli Kərimli deyib ki, hazırki repressiyalar fərqli düşüncə ilə yeni hesablaşma siyasətinin davamı olub.

Elmar Hüseynovun qətlindən sonra hakimiyyət başa düşüb ki, cəmiyyət daha bir siyasi qətlə dözməyəcək və öz əleyhdarlarını həbsxanalara atmağa başlayıb: Leyla Yunus, İntiqam Əliyev, İlqar Məmmədov, Seymur Həzi və başqalar.

Mərasimin sonunda qeyd edilib ki, adətən bu tədbiri RATİ direktoru Emin Hüseynov təşkil edirdi, lakin hazırda o, özü gizlənmək məcburiyyətindədir.

Axşam saat 20:00-da Elmarın qətlə yetirildiyi yerdə anma mərasimi keçirilib/

http://contact.az/docs/2015/Politics/030200108499az.htm#.VPSLT3ysWSo

Əlaqəli məqalələr

1 şərh

  1. Elə şəxsiyyətlər var ki, onlar ölümlərilə sağlıqlarındakından cox iş görüllər, bu iş onu sevənlərin məhəbbəti hesabına yaranır.
    Elmar hüseynov belə şəxsiyətlərdən idi Onun ruhu bizdən narazı qaldı bu barədə hər beş ildə bir yazı ilə kifayətlənməməliyik
    Günümüzün siyasəti elə oğullarımızı əlimizdən alır ki, omlarsız yaşamaq çox çətindir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button