Elmar Vəliyev polkovniki azanı susdurmağa göndərdi

Bir neçə gün bundan əvvəl Gəncədə Şah Abbas məscidində azan səsinin kəsilməsi haqqında ölkə mətbuatında məlumatlar yayılmışdı. Dini Məsələlər üzrə Dövlət Komitəsinin açıqlamasına görə, Şah Abbas məscidinin səsgücləndiricilərində problem olduğuna görə, bir neçə gün azan verilməsi dayandırılıb. Xural.com sosial şəbəkələrdə yayılan məlumatlara əsaslanaraq, müəyyən edib ki, məsələ heç də belə deyil. Belə ki, sosial şəbəkələrdə maraqlı bir məlumat dolaşır. Məlumatda deyilir: “Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyev bu günlərdə Məscidə ayaqqabısını çıxarmadan daxil olaraq azan səsinin azaldılmasını tələb edib. Möminlər bunun səbəbini soruşanda İlqar Balakişiyev azan səsinin icra hakimi Elmar Vəliyevin başına düşdüyünü və bundan narazı olduğunu bildirib.”

Qeyd edək ki, Şah Abbas məscidi Gəncə şəhər İcra Hakimiyyətinin qonşuluğunda yerləşir. Aldığımız özəl məlumatlara görə, bu yaxınlarda Şah Abbas məscidinin axundunu “İmamzadə” kompleksinə axund təyin etdirmək istəyən Elmar Vəliyevin bu arzusu gözündə qalmışdı.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button