Elmar Vəliyevdən Gəncədə şok qadağa

Gəncənin sabiq başçısı Eldar Əzizovun işləri şuluqdur…

“Gəncə şəhərinin mərkəzində hündürmərtəbəli binaların inşası qadağandır. Şəhərin mərkəzi hissələrində tikiləcək binalar ən yaxşı halda dördmərtəbəli olacaq”.

“Qafqazinfo” SİA-ya istinadən xəbər verir ki, bu barədə Gəncə şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə icra başçısı Elmar Vəliyev bildirib.

Elmar Vəliyev qeyd edib ki, şəhərin mərkəzi hissələrində tikilən yeni binalar Gəncənin gözəlliyinə mənfi təsir göstərir. Şəhərin görkəminə xələl gətirdiyi üçün hündürmərtəbəli binaların tikintisi məhdudlaşdırılacaq.

İcra başçısı onu da bildirib ki, tikilməkdə olan bəzi binaların inşası yarımçıq saxlanılacaq. Elmar Vəliyevin açıqlaması onu göstərir ki, Gəncənin sabiq başçısı Eldar Əzizovun işləri şuluqdur. Çünki yeni tikilən “Gəncə göydələnləri”nin əksəriyyətinin sabiq başçıya aid olduğu bildirilir. Bu da onu söyləməyə əsas verir ki, paytaxta yaxın şəhərə təyin olunsa da, Eldar Əzizovun işləri yaxşı deyil…

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button