Elmar Vəliyevin Bakı meri planı – özünü gizlətmək istəyir

Nazirlər Kabinetinin yeni tərkibində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun adının baş nazirin müavinləri siyahısında açıqlanmasından sonra onun boş qalan postuna kimin təyin olunacağı ciddi müzakirə mövzusuna çevrilib.

Bakıya rəhbərlik edəcək şəxsin kim olacağına dair müxtəlif versiyalar irəli sürülməkdədir. Belə namizədlər arasında adı hallananlardan biri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanovdur. Qeyd edək ki, C.Qurbanov hazırda ölkə rəhbərliyinin tam etimadına malik olan azsaylı kadrlardan biridir. Dəmir yolundan əvvəl ölkənin avtonəqliyyat sisteminə rəhbərlik edib. Ölkədə həyata keçirilən ən böyük nəqliyyat layihələrində bilavasitə iştirakçı olub.

Image result for cavid qurbanov

Hazırda Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin aparıcı ölkəsinə çevrilməsi istiqamətində reallaşdırılan ən məsuliyyətli layihələrə rəhbərlik edir. Özünün mətbuata verdiyi açıqlamalardan aydın olur ki, ölkə rəhbərliyi qarşısında qaldırdığı təkliflərin hamısına rahatlıqla dəstək ala bilir.

Image result for zakir fərəcov

Bakı merliyinə namizəd olaraq adı hallandırılan digər məmur Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. Bundan əvvəl Z.Fərəcov Abşeron rayonunun rəhbəri olub, rayonda böyük abadlıq işlərinin həyata keçirilməsini təmin edib. Sumqayıta təyin olunandan sonra ölkənin ikinci böyük şəhərində geniş miqyasda yenidənqurma və abadlıq işlərini reallaşdırıb. Sumqayıtın yenidən sənaye şəhəri imicinin bərpa olunması prosesində aktiv iştirak edib. İcra hakimiyyəti başçısı kimi müsbət xarakteristikası olan azsaylı məmurlardan biridir.

Image result for azad rəhimov

Digər bir iddiaçı isə artıq sabiq nazir olan Azad Rəhimovdur. Onun şansının daha yüksək olduğuna dair hətta sosial şəbəkələrdə məlumat-mülahizələr dolaşır. Azad Rəhimov paytaxtda keçirilən beynəlxalq tədbirlərin təşkilatçısı kimi, ciddi uğurlara imza atmış şəxs sayılır və belə bir kadrın kənarda qalacağı inandırıcı görünmür.

Image result for əhəd abıyev

Nəhayət, Bakıya rəhbərliyə gətiriləcək şəxslər arasında daha bir məmurun adı çəkilir. Bu, hazırda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı işləyən Əhəd Abıyevdir. 1984-1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991-1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində işləmiş Ə.Abıyev paytaxt təsərrüfatına yaxından bələddir.

Üç çağırış (15 il) Milli Məclisin deputatı olub. 2011-ci ilin fevral ayından bu günə kimi Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısıdı. Onun rəhbərliyi altında Daşkəsən kimi ucqar rayonun inkişafı istiqamətində ciddi addımlar atılıb, rayonun turizm potensialının reallaşdırılması üçün tədbirlər həyata keçirilib.

Onu da qeyd edək ki, adları çəkilən hər üç namizədi fətqləndirən əsas amil onların hakimiyyətdaxili qruplaşmalardan kənarda qalmaları, fəaliyyətlərinin birbaşa ölkə rəhbərliyi ilə əlaqələnməsidir.

Musavat.com-un bu xəbər-məlumatından sonra xural.com-a Gəncədəki mənbələrimizdən özəl məlumatlar daxil oldu. Daha doğrusu, bu tip yazılarla tanış olmamışdan əvvəl aldığımız məlumatlara görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı xüsusi proqramla mətbuata məlumatlar ötürür. O, Bakı şəhər icra hakimiyyətinin başçısı vəzifəsinə çoxdan iddialıdır və yaranan bu vəziyyətdən istifadə edərək, Bakıya mer gəlmək istəyir. Elmar Vəliyev yaxın adamları vasitəsilə, özünün də yaxşı əlaqələri olduğu media qurumlarına müxtəlif adlar ötürərək, guya Bakı şəhərinə onların mer təyin olunacağı haqqında saxta “ictimai rəy” yaratmaq və özünün “yollarını təmizləmək” istəyir. Xural.com-un əldə etdiyi məlumatlara görə, Elmar Vəliyev özünün adının yazılmasını qətiyyən istəmir. O, hamıdan yaxşı bilir ki, İlham Əliyev mətbuatda adı hallanan məmuru heç bir zaman deyilən vəzifəyə təyin etmir. Prezidentin son təyinatlarından da məlum olur ki, İlham Əliyev hər zaman cəmiyyəti təəccübləndirməyi sevir və heç kimin gözləmədiyi namizədi vəzifəyə təyin edir. Elmar Vəliyevin də etdiyi budur – o, mətbuatda digərlərinin adlarını hallandıraraq, özünün niyyətini gizlədir. Amma hamıdan çox özü Bakıya mer gəlmək istəyir. Bu lobbiçilik əməllərinin ona bir faydasının toxunacağını düşünür.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button