Elnarə ABŞ senatorunun köməkçisi ilə lesbiyan nikahına daxil oldu – FOTO

Bu, Elnarə Eynullayevanın ilk nikahı deyil.

Haqqın.az saytının məlumatına görə, SOCAR-ın müfəttişi Kamal Eynullayevin qızı Elnarə Eynullayeva ABŞ senatorunun müşavirinə ərə gedib. Toy bu gün Massaçusets ştatının Kuinsi şəhərində baş tutub.

İlk baxışda bu nikahda qeyri-adi heç bir şey yoxdur, nəzərə almasaq ki, o, eynicinsli nikahdır.

Elnarə Eynullayeva və Rozali Hyuz Fatsionun təntənəli nikah mərasimində şahid qismində Massaçusets ştatından senator Maykl C. Barret iştirak edib. Bu toy bir çox amerikalı jurnalistlərin diqqətini cəlb edib, hətta nüfuzlu The New York Times da hadisə barədə yazıb.

Rozali Fatsionun 32 yaşı var və o, senator Barretin hüquq müşaviridir. Onun atası İosif Fatsio Kembric universitetinin idarələrindən birində vitse-prezidentdir.

Elnarəyə gəldikdə isə, onun 28 yaşı var, Trinitiy Partners-də səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis işləyir. O, Massaçusets universitetini əla qiymətlərlə bitirib və Konnektikut ştatında magistr dərəcəsi alıb.

Elnarə Eynullayeva Bakıda Kamal və Tünzalə Eynullayevaların ailəsində dünyaya göz açıb. Tünzalə Eynullayeva hazırda Massaçusetsdə yaşayır və dəri materiallara qulluq üzrə Dilaura Natuarls adlı kiçik şirkət açıb.

Bu, Elnarənin ilk nikahı deyil. Birinci boşanma ilə başa çatıb.

Bu haqda məlumat yayıldıqdan bir qədər sonra ARDNŞ – SOCAR rəsmi məlumat yayıb:

“Lesbiyan qızın atası bizdə işləmir!

Bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumatla əlaqədar bildiririk ki, SOCAR-ın strukturuna daxil olan müəssisələrdə Kamal Eynullayev və yaxud Kamal Eynulla adında bir şəxs işləmir.

Qeyd edək ki, dünən ABŞ-ın nüfuzlu “The New York Times” nəşri azərbaycanlı qız Elnarə Eynullayevanın ABŞ-ın Massaçusets ştatından senator Maykl C. Barretin köməkçisi Rozali Hyuz Fatsio ilə ailə qurduğunu yazmışdı.

Eynicinsli nikah dünya mətbuatının da diqqətini cəlb etmişdi.

Məsələ ilə bağlı ayrıca məqalə hazırlayan “The New York Times” Elnarənin Kamal Eynulla adlı atasının SOCAR-da müfəttiş işlədiyini yazmışdı.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button