Elnur Hüseynov birinci rəsmi məşqə hazırlaşır – VİDEO


elnur huseynov“Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında iştirak edəcək ifaçıların Vyana səhnəsində birinci rəsmi məşqinə bir gün qalıb. Azərbaycan təmsilçisi Elnur və onun komandası bu vacib çıxışa hazırlıq üçün maksimum səylər göstərir.

Təşkilat komitəsindən AzərTAG-a bildirilib ki, mayın 14-də Elnur “Hour of the Wolf” mahnısını ilk dəfə məşq edəcək. İfa zamanı Elnurla səhnədə iki rəqqas olacaq – qız və oğlan. Elnurun səsinə üç güclü bek-vokalçı dəstək verəcək.

Zəngin promo-tur çərçivəsində iki həftə ərzində altı ölkəni gəzib-dolaşdıqdan sonra Elnur fikrini səhnə nömrəsinin məşqləri və vokal ifası üzərində cəmləşdirib. Onun əsas məqsədi mahnının ideyasını, yəni, “hər ürək üçün vuruşmaq lazımdır” mesajını Avropa auditoriyasına çatdırmaqdır.

Elnurun səhnə komandası dünya səviyyəli mütəxəssislər, rəqqaslar, bir sıra beynəlxalq müsabiqələrin qalibləri və beynəlxalq mükafatların laureatları, təcrübəli bek-vokalçılardır.

O insanlar ki, səhnədə görünmürlər, amma ifaçının uğuru naminə əllərindən gələni əsirgəmirlər.

Xoreoqrafiyanın detallarını, səhnə kostyumlarını Azərbaycan iştirakçısının ilk məşqi zamanı görəcəksiniz. Qapalı məşqlərdən eksklüziv kadrları isə artıq indi izləyə bilərsiniz!


TÜRKCƏ VERSİYA:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button