Elşad Abdullayevi aldadanların fərqli ssenariləri – VİDEOLAR

elsad17.06.2013

Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsindən “Azadlıq.TV”yə iki videolent təqdim edilib. Həmin videolarda Bakı Dövlət Universitetinin professoru Hacı Əsədulla (soyadını müəyyənləşdirə bilmədik – red.) və mərhum Sevinc Babayeva ilə ABU-nun rektoru Elşad Abdullayev arasındakı söhbətlər öz əksini tapıb.

Videoda Hacı Əsədulla E. Abdullayevə bildirir ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) Mahir Abdullayevin tapılması üçün bir neçə qrup yaradıb. Həmin qruplar Rusiyada, Almaniyada, Fransada və başqa ölkələrdə M.Abdullayevin işi ilə bağlı ezam olunublar. Hacı Əsədulla onu da qeyd edir ki, təhqiqatda xeyli uğur əldə edilib və M. Abdullayevin vəziyyəti yaxşıdır.
Qeyd edək ki, E. Abdullayevin bildirdiyinə görə, Hacı Əsədullanın oğlu MTN-də çalışır və informasiyalar onun vasitəsi ilə E. Abdullayevə çatdırılıb. Əvvəlki videoda MTN-in Fikrət adlı əməkdaşı bildirir ki, M. Abdullayev İlqar Səfixanov adlı şəxslə 2 günlük Türkiyəyə gedib qayıdıb.
Sevinc Babayeva ilə E. Abdullayevin arasında gedən danışıqda isə Mahir Abdullayevin geri qaytarılması üçün G. Əhmədova 500 min manat tələb edib. Daha sonra M. Abdullayevi yüksək vəzifəyə gətirmək üçün əlavə 500 min manat tələb edir. E. Abdullayev isə əlavə pulu olmadığını bildirir. Söhbət zamanı S. Babayeva telefonla G. Əhmədova ilə danışaraq E. Abdullayevin əlavə pulu olmadığını bildirir.
Əlavə edək ki, videolentlər komitəyə E. Abdulayev tərəfindən təqdim edilib. E. Abdullayev hər iki videolentin davamını yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəyini bildirib. Komitə eyni zamanda bəyan edir ki, videolentlər Baş Prokurorluğa da göndəriləcək.
Hər iki videonun stenoqramı ilə qəzetimizin növbəti sayında tanış ola biləcəksiniz.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button