Elxan Şükürlü MSK-ya layiqdir

Yerində qərar, yerində insan…

Biz illər əvvəl Vətəndaş Həmrəyliyi Partiyasının Almaz Qəhrəmanlının Mərkəzi Seçki Komissiyasına göndərilmə qərarını oxuyanda da belə yazmışdıq – «Yerində qərar, yerində xanım». O zaman çəkinmədən Almaz Qəhrəmanlının layiqli namizəd olduğunu bəyan etmiş, bir zaman bütün Azərbaycanın bizə şahidlik edəcəyinə əmin olduğumuzu yazmışdıq. Çünki Almaz Qəhrəmanlını tanıyırdıq və onun nə qədər prinsipial və təmənnasız insan olduğunu bilirdik. Zaman keçdi… Almaz Qəhrəmanlı bizim yazdıqlarımızı doğrultdu və indi bu prinsipiallığına görə onu bütün Azərbaycan tanıyır və hörmət edir.

Aldığımız son məlumat Ədalət Partiyasının sədri İlyas İsmayılovun mətbuat və informasiya məsələləri üzrə müavini Elxan Şükürlünün partiyaya ayrılan yerə namizədliyinin təsdiq olunmasıdır. Biz bu xəbərdən çox sevindik və Elxan Şükürlünün haqqı olan yerə göndərilməsi qərarını alqışladıq. Elxan Şükürlü prinsipial, dönməz və dəyərləri olan qiymətli dostumuzdur. Onun MSK-ya göndərilməsi daha bir vicdanlı adamın layiq olduğu yeri tutması ilə həmahəng səslənir. İnanırıq ki, indi cəmiyyətin tanıdığı Elxan Şükürlünü MSK-dakı postundan sonra bütün ölkə də tanıyacaq.

İnanırıq ki, Elxan Şükürlü yeni vəzifəsində də əvvəlki kimi məsuliyyətli və prinsipial olacaq. Ədalət Partiyasını və İlyas İsmayılovu aldığı bu qərara görə təbrik edirik. O, heç bir zaman peşiman olmayacaq.

Çünki biz Elxan Şükürlünü tanıyırıq…

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 006(414), 13-19 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button