Emin Hüseynov İsveçrə XİN-inin yüksək rütbəli diplomatının təyyarəsi ilə ölkəni tərk etdi

eminReportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri, 10 aydan çoxdur İsveçrənin Azərbaycandakı səfirliyində siyasi sığınacaq alan Emin Hüseynov səfirliyi tərk edərək İsveçrəyə gedib.
xural.com apa.az-ın “www.news.ch” saytından əldə etdiyi məlumata istinadən verdiyi xəbərə görə,  Emin Hüseynov iyunun 13-də səhər səfirliyin binasından çıxarılıb və İsveçrə Xarici İşlər Nazirliyinin yüksək rütbəli diplomatı Didye Burkhalterin təyyarəsi ilə ölkədən çıxarılıb.

 

Nazirliyin sözçüsü Jan-Mark Crevoiser bildirib ki, Emin Hüseynov hazırda Berndədir, İsveçrədə qalmaq üçün sentyabr ayına qədər vizası var və vizanın müddətinin başa çatmasından sonra bu ölkədən siyasi sığınacaq almaq üçün müraciət etmək hüququna malikdir.

İsveçrə XİN rəsmisi Emin Hüseynovun hazırda KİV-ə açıqlama vermək istəmədiyini bildirib.

İsveçrə Federal Xarici İşlər Departamentinin verdiyi rəsmi məlumata əsasən, Emin Hüseynovun Bakıdan çıxarılması Azərbaycan hakimiyyəti ilə uzun müddətdir aparılan danışıqların nəticəsidir.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button