“Emin Şəkinski işi” ilə bağlı hökm oxundu

məhkəməBakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Emin Şəkinskinin həyat yoldaşı və övladlarının Azərbaycandan qanunsuz çıxarılması ilə bağlı təqsirləndirilən şəxslərə hökm oxunub. Bizimyol.info Hökmdən əvəvl təqsirləndirilənlərin vəkilləri çıxış edib, təqsirləndirilənlər son söz söyləyiblər.
Məhkəmənin hökmü ilə təqsirləndirilənlərdən Namiq Camalov 8 il, Pənah Dadaşov və Raqub İsbəndiyarov hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilənlərə –  Saçlı Həsənova, Zeynəb Cəfərova, Şəfiqə Bağırova,Rəvanə Dadaşova, Günel Hüseynova 1 il, Pərvin Dadaşov,  Tahir Hüseynov, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə 1 il 3 ay müddətinə şərti cəza verilib.
İttihama əsasən, təqsirləndirilən şəxslər Gülnarə Şəkinskayanın, eləcə də onun övladları – Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskilərin dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər və bu məqsədlə cinayət əlaqəsinə giriblər. Bu məqsədlə G. Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manatı oğurlayıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.
Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin Əlövsət Əliyev istintaqdan gizləndiklərinə görə barələrində axtarış elan olunub və onların cinayət işi ayrıca icraata verilib. Hazırda həmin cinayət işi üzrə ibtidai istintaq aparılır.
Qeyd edək ki, Emin Şəkinski Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button