Ermənilər Tərtərdə toy mağarını atəşə tutdular – 3 qız yaralandı

35842Azərbaycanın Tərtər rayonunda Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində 3 nəfər yaralanıb.
“Report”un xəbərinə görə, hadisə rayonun təmas xəttinə yaxın yerləşən Qapanlı kəndində baş verib.
Belə ki, kənd sakini Barat Süleymanovun övladının kiçik toy mərasimi zamanı ermənilər toy mağarını atəşə tutub. Hadisə nəticəsində toyda iştirak edən Müşkünaz Əliyeva və Mədinə Tanrıverdiyeva bacıları və 3 yaşlı Zəhra Əlizadə güllə yarası alıb.
Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button