Ermənilər Türkiyə-Gürcüstan sərhədində TIR-lara hücum etdilər – Türkiyə mətbuatı

tir

Ermənilər Türkiyə-Gürcüstan sərhədində “Çıldır-Aktaş” gömrük məntəqəsindən Türkiyəyə girmək istəyən ağır tonajlı yük maşınlarına (TIR) hücum ediblər.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan arasında bir neçə gün əvvəl Dağlıq Qarabağda baş bermiş müharibəni bəhanə edən bir qrup erməni türklərin avtomobil və TIR-larını daş-qalaq ediblər.

Adlarının açıqlanmasını istəməyən TIR sürücüləri bildirib ki, Ahıska vasitəsilə gediş-gəliş daha təhlükəsizdir:

“Gürcüstanın Axalkalaki və Ardahandakı “Çıldır-Aktaş” gömrük məntəqələrinin yolu daş və qayalara görə bağlanıb. Türkiyənin Azərbaycanı dəstəkləməsini bəhanə edən erməni əsilli bir qrup şəxs yolu bağlayıb. Onlar həmin istiqamətdə gedən türk nömrə nişanlı maşınları və sürücüləri daş-qalaq edir. Ona görə də, Ahıska gömrük məntəqəsinə üz tutduq. Burada da 4 kilometrlik tıxac var”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button