Ermənistan Müdafiə Nazirliyi səfərbərliklə bağlı xəbərləri təkzib edib

 Artsrun Ovannisyan

Ermənistan ərazisində hərbi səfərbərliyin elan olunması haqda xəbərlər həqiqəti əks etdirmir.

Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan “Facebook” səhifəsində yazıb.

Onun yazdığına görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində təmas xəttindəki gərginlik Ermənistan ictimaiyyətində şayiələrin yayılmasına və əhalinin vahimələnməsinə səbəb olub.

Mətbuat katibi səfərbərliklə bağlı yayılan xəbərləri də şayiə adlandıraraq təkzib edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button