Ermənistan müxalifəti İctimai Radionu ələ keçirdi

Radionun binasını tərk edən etirazçılar küçələrə çıxaraq Sarkisyan rejimi əleyhinə şüarlar səsləndirirlər. Hazırda etiraz aksiyası davam edir.

“Vətəndaş müqaviləsi” Birliyi Partiyasının sədri, deputat Nikol Paşinyan bildirib ki, ölkənin İctimai Radiosu Serj Sarkisyanın yaratdığı saxta dövlətin elementidir.

Onun sözlərinə görə, radionun ələ keçirilməsində məqsəd informasiya blokadasına etirazdır.

*  *  *17:47

Ermənistanın əsas radiosu müxalifət qüvvələri tərəfindən ələ keçirilərək, 1926-cı ildən ilk dəfə yayımını dayandırıb.

“Report” xəbər verir ki, müxalifət nümayəndələri radionun binasına daxil olandan sonra yayım kəsilib.

Radionun binasına elektrik enerjisi kəsilib. Rəqəmsal və respublika daxili “FM” şəbəkəsi formatında efir yayımı bir saatdan artıq dayanıb. Müxalifət nümayəndələri radionun binasını tərk etdikdən sonra rəqəmsal formatda efir bərpa olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button