Ermənilərin daha bir ideoloji təxribatı: 1 həftə əvvəl öldürülən hərbçilərini “yeni itki” kimi göstərirlər

ermeni-4

Qarabağ cəbhəsində tərəflər arasında atəşkəs haqda razılşama olsa da, erməni tərəfi Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə tədbirlərinin Ermənistan ictimaiyyətində yaratdığı nəticələri aradan qaldırmaq üçün min bir hiyləyə əl atmaqda davam edir.

Strateq.az xəbər verir ki, aprelin 2-dən 5-dək itirdikləri mövqelərə yenidən qayıtma təşəbbüsləri iflasa uğrayan və xeyli itki verən ermənilərin təbliğat maşını indi də Azərbaycanın atəşkəs razılaşmasına əməl etmədiyi görüntüsünü yaratmağa köklənib. Bu məqsədlə dünən gecədən etibarən, erməni mediası və sosial şəbəkə istifadəçiləri Azərbaycan Ordusunun cəbhə xəttində atəşkəsi pozduğu fikrini yayaraq, sübut kimi də öz hərbçilərinin meyitlərinin müxtəlif fotolarını yaymağa başlayıblar.

Ancaq Strateq.az hərbi mənbələrdən dəqiqləşdirib ki, aprelin 1-dən 5-dək olan müddətdə verdiyi itkiləri panika yaranmasın deyə əhalidən gizlədən erməni rəhbərliyi məhz indi-indi həmin meyidləri üzə çıxarmağa başlayıb. Üstəlik, həmin hərbçilərin də, guya, son 1 gün ərzində öldürüldüyünü vurğulayırlar.

Xatırladaq ki, işğalçı erməni ordusunun nümayəndəsi Vitali Arustamyan “RİA Novosti”yə açıqlamasında aprelin 1-dən 7-dək 9 nəfəri zabit və gizir, 27-si isə çavuş, sıravi olmaqla 36 erməni hərbçisinin öldüyünü, 24-ü zabit olmaqla daha122 nəfərin isə yaralandığını açıqlayıb…

Halbuki təkcə aprelin 4-də Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin170 nəfər hərbi qulluqçusunu itirdiyi və 12 zirehli texnikasının vurulduğu haqda rəsmi məlumat yaymışdı.

Belə görünür ki, erməni təbliğat maşını beynəlxalq ictimaiyyəti Azərbaycan tərəfinin atəşkəs razılaşmasına əməl etmədiyinə inandırmaq üçün bir neçə gün əvvəl itkin düşmüş kimi qələmə verdikləri hərbçilərinin də meyidlərini “yeni itki”olaraq nümayiş etdirəcəklər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button