Ermənistanda siyasi qüvvələr gücünü yerli seçkidə sınayır

12.02.2012

Ermənistanın Hrazdan şəhəri merinin seçkiləri may ayında gözlənilən parlament seçkilərinin mini-modeli olacaq. Ermənistan müxalifəti nümayəndələrinin sözlərinə görə, Hrazdan seçkiləri iqtidarın ədalətli və azad parlament seçkiləri təşkil etmək vədlərinin nə dərəcədə səmimi olduğunu aşkar edər. Hrazdan şəhərinin meri vəzifəsi üçün seçkilərdə mübarizədə iki namizəd iştirak edib: müxalif Erməni Milli Konqres tərəfindən dəstəklənən Sasun Mikayelyan və hakim Respublikaçılar Partiyasının üzvü, şəhərin faliyyətdə olan meri Aram Danielyan.
KİV və müşahidəçilər artıq seçki kamaniyası dövründə iqtidar nümayəndəsinin qələbəsini təmin etmək məqsədilə inzibati aparat bütün imkanlarını işə salıb, xüsusilə dövlət idarə və müəssisələrində işləyən seçicilər üzərinə təzyiq göstərilir. Bəzi müəssisələrdə müxalif namizədi dəstəkləyənlərin işdən azad edildikləri xəbər verilir.

Eyni zanada Hrazdan seçicilərinin üç qrupa bölündüyü bildirilir. Bir qismi müxalif namizədi, ikincisi – mövcud bələdiyyə başçısını dəstəkləyir, bir qismi də “kim seçilir seçilsin, şəhərin problemlərini həll etsin, iş yerləri açılsın” deyirlər.
Hər iki namizədin tərəfdarları təbliğat kampaniyasının son günü izdihamlı mitinq təçkil ediblər.
Erməni Milli Konqresin üzvü Sarkis Tamrazyanın sözlərinə görə, hakimiyyətin ədalətli seçkilər keçirmək vədlərinə Respublikaçılar Partiyasından başqa inanan yoxdur. O, artıq “Hrazdan nümunəsinin” hakimiyyətin bəyanatına dair bədbinlik doğurur: “Hakim partiyanın üzvü olan qubernator quberniya administrasiyasını iqtidar namizədinin seçki qərargahına çevirib. Bu seçkilər saxtalaşdırılsa, cəmiyyət gözlənilən parlament seçkilərində eyni xəttin şahidi olacaq”.
Əslində məhəlli seçkilər ümumdövlət seçkilərin timsalıdır, və hakimiyyətə vədlərinin səmimiliyini Hrazdanda sübut etmək imkanı verilir, deyir müxalif “Jaranqutyun” parlament fraksiyasının katibi Larisa Alaverdyan. “Mən istər yerli, istərsə də ümumdövlət seçkilərin yekunları saxtalaşdırılmayacağına inanmıram. Çünki hətta Respublikaçılar Partiyasının çoxluq təşkil etdiyi Milli Məclisdə qanun layihələri reqlament pozuntuları ilə qəbul olunur”, – deyib Larisa Alaverdyan.

Gün ərzində Hrazdan şəhər seçki mətəqələrində jurnalistlər və müxalif namozədin vəkil şəxsləri tərəfindən qanun pozuntuları müşahidə olunduğu xəbər verilir. Seçki məntəqələrində açıq səsvermə və başqasının əvəzinə səs vermək cəhdləri qeyd olunub. Bəzi seçki məntəqələri açılandək möhürlərin yaş olduğu aşkar edilib. Müxalifət namizədin seçki qərargahı mürəkkəbin rəngini dəyişməyi tələb edib. İqtidar namizədin adamları tərəfindən semiçilərə pul paylandığı haqqında məlumatlar var.
Hyrapetyan Elza seçki mənəqəsində jurnalistlərə şikayətlənib ki, pul paylanma zamanı ədalətsizliyə yol verilib. “Ərim Zakaryan Melikdir. İki kiçik yaşlı uşağımız var. Mən pulgir deyiləm, lakin hamıya verirlərsə, bizə niyə vermirlər? Mən onsuz da həmişə mövcud merin lehinə səs vermişəm, bu gün də səsimi ona verəcəyəm. Mən yalnız haqq-ədalət tələb edirəm”, – deyb Elza.
Onun sözlərindən seçicilərin hərəsinə 5 min dram (təxminən 13 dollar) paylandığı məlum olur.
Seçki məntəqələri saat 20-də bağlanmalıdır. Günün birinci yarısınadək seçicilərin təxminən 50 faizinin səs verdiyi xəbər verilir.

BBC-Azeri

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button