Erməniyə

Surxay Əhməd

Xaçmaz rayonunun Köhnə Xudat kəndi

 

İnsan olan heç bir zaman deməz insan erməniyə

Quduzluqda çünki çatmaz heç bir heyvan erməniyə.

 

Gündə qurur bir fırıldaq, tapır yeni bir bəhanə;

Özünü “başıbəlalı”, “məzlum” tanıdır cahana,

Bu fanatik, xəyalplov düşünür ki əbləhanə,

Pay qopara Azərbaycan torpağından erməniyə

Qismət olan deyil bu da heç bir zaman erməniyə.

 

Qudurdub qışqırdan onu məkrli rus “dayı”sıdır,

O “dayı” ki, bu şər işin, bəd əməlin baisidir,

Əzəl gündən bu kafirin havadarı, hamisidir,

Yolunda can qoyduğunu edib bəyan erməniyə

Möhtəşəm bir səltənəti verib qurban erməniyə.

 

Açıq-aydın başlanıbdır doqquzuncu xaç yürüşü,

Açılıbdır üstümüzə it ağzı, çaqqal hürüşü,

Nəticəsiz çatır başa başçıların hər görüşü,

Xaç “dayı”sı verib təkan altdan-altdan erməniyə

Pıçıldayır yeni-yeni hərzə-hədyan erməniyə.

 

Azərbaycan torpağında hər gün yeni qanlar axır,

Meşələri, çəmənləri taxtabaşlar oda yaxır,

ATƏT isə bu səhnəyə tamaşaçı kimi baxır,

Bəzən ürək-dirək verir bu şarlatan erməniyə

Üstəlik də olur kömək, arxa, həyan erməniyə.

 

BMT-nin iç üzü də yaxşıca bəllidir bizə,

İcrasız qərarlarılə kül üfürür gözümüzə,

Sözdə bizi dəstəkləyir, “qüvvət verir” sözümüzə,

Əməldəsə olur dayaq, dost-mehriban erməniyə

Hakimliyi, qəyyumluğu verib çoxdan erməniyə.

 

Fəqət haqqın qüdrətilə çökür şərin bünövrəsi,

Od püskürür, alov saçır Xocalının od nəfəsi,

Qurulacaq bu gün-sabah bir ədalət məhkəməsi,

Tutulacaq ən ibrətli qəti divan erməniyə

Türk dünyası verməyəcək heç bir aman erməniyə!

 

 

“Xural” qəzeti,

İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button