Etibar Hüseynovla məhkəmə çəkişməsi fevralın 16-na qaldı

Əvəz Zeynallı Etibar Hüseynovu redaksiyaya dəvət etdi…

Məlum olduğu kimi, deputat Etibar Hüseynov «Xural»ın baş redaktoru Əvəz Zeynallını məhkəməyə verib. Fevralın 11-də, saat 17.30-da Nərimanov Rayon Məhkəməsinin binasında, hakim Abbas Əliyevin icraatında hazırlıq iclası olmalı idi. Amma Əvəz Zeynallının vəkilinin qaldırdığı ərazi yerinin dəyişdirilməsi haqqında vəsatətə məhkəmə rədd cavab verdi və hazırlıq iclasını fevralın 16-na təyin etdi.

Məhkəmə iclasından sonra Əvəz Zeynallıya müraciət etdik. Əvəz bəy Etibar Hüseynovla bir zamanlar yaxşı münasibətlərinin olduğunu bildirərək bunları söylədi: «Onunla həmişə normal münasibətlərimiz olub. Etibar Hüseynovun deputat seçiləndən sonra müstəqil mətbuata və konkret bizim problemlərimizə yardımçı olacağını düşünürdüm. Amma o, deputatlıq vəsiqəsini alan kimi bizim əsas layihəmizə hücum etdi və millətin önəmli dəyərlərinə söz atdı. Onunla yaranan problem şəxsi deyil, Sevgililər Günü haqqında açıqlamalarına görədir. Amma hər məhkəmə çəkişməsində olduğu kimi, bu məsələdə də çıxış yolu var. Etibar Hüseynov hər zaman gəldiyi redaksiyamıza gələ, sözünü deyə, yazısını yaza, müsahibəsini verə bilər. Və problem də olmaya bilər. Biz hər zaman onun, eləcə də digərlərinin söz haqlarını yayınlamışıq. Nöqtəsinə, vergülünə toxunmadan. İnanıram ki, Etibar Hüseynov sifariş almayıbsa və ya bizə qarşı başlanan bu səlib yürüşündə yoxdursa, hər zaman gəldiyi redaksiyamıza gələcək və məsələləri qarşılıqlı həll etməyə öz töhfəsini verəcək».

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button