Etibar Məmmədov Rauf Mirqədirovun məhkəməsinə gəlmədi

“Dostumuzdur, amma orada olmaq hələ ona kömək etmək deyil. Ciddi işlərlə məşğul ol!”

xural.com meydan.tv-yə istinadən xəbər verir ki, noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun hazırlıq iclası keçirilib. Prosesə jurnalistlər Mehman Əliyev, Rövşən Hacıbəyli, Əvəz Zeynallı, Çingiz Sultansoy, siyasilərdən Müsavat Partiyasının başqanı Arif Hacılı, İsa Qəmbər, Elman Fəttah gəlsələr də, onlar içəri buraxılmayıb.

Yalnız Rauf Mirqədirovun anası, hakimiyyətə yaxın media orqanları və Avropa İttifaqı, Almaniya, ABŞ səfliklərinin nümayəndələri zala buraxılıblar.

Məhkəmə önündə olan Meydan TV əməkdaşıının məlumatına görə, məhkəməyə nə “Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı, nə də qəzetin əməkdaşları qatılmayıblar. O cümlədən, Rauf Mirqədirovun uzun illər fəaliyyət göstərdiyi Azərbaycan Milli İstiqlal Partiyasının lideri, və sıravi üzvləri də prosesə gəlməyiblər.

Meydan TV məsələyə AMİP lideri Etibar Məmmədovun münasibətini öyrənmək istəyib. E.Məmmədovla olan dialoqu olduğu kimi təqdim edirik:

– Etibar bəy, bu gün Rauf Mirqədirovun məhkəməsi idi, amma prosesə nə “Zerkalo” qəzetindən, nə də siz də daxil olmaqla AMİP-dən bir nəfər də gəlməmişdi. Bu münasibəti necə qiymətləndirirsiniz? 

– Xəbərim yoxdur.

– Vəkil Fuad Ağayev bu barədə deyib və mətbuat yazıb.

– Yox, Fuad Ağayev mənə bir söz deməyib.

Ancaq AMİP-dən bir nəfər yox idi…

– Maraqlanaram da, sənin də işin-gücün yoxdur, gəlib elə bunu edirsən.

Amma İsa Qəmbər orada idi?

– Hansı cəhənnəmdə olur-olsun, mənə onun nə dəxli var?! İşin-gücün qurtarıb ki, təxribatla məşğul olursan?

Axı Rauf Mirqədirov sizin dostunuzdur. 

– Dostumuzdur, amma orada olmaq hələ ona kömək etmək deyil. Ciddi işlərlə məşğul ol!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button