“Euronews” Bakıdan reportaj yayımladı – VİDEO

euroneus“Euronews” telekanalının “Le mag” proqramı 17-24 may tarixlərində Bakıda keçirilmiş VIII Beynəlxalq Mstislav Rostropoviç festivalı haqqında reportaj yayımlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, reportajda 8 il əvvəl Mstislav Rostropoviçin 100 illik yubileyinə həsr olunmuş festivalın əsasının qoyulduğu bildirilir.
“Bakıda Mstislav Rostropoviç festivalı” adlı reportajda Qaydna, Vivaldi, Leonkavallo, Çaykovskinin əsərlərinin Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, o cümlədən Rikkardo Mutinin idarəçiliyi ilə Luici Kerubini Gənclər Simfonik Orkestri, konsertin bədii rəhbəri və baş dirijoru Rikkardo Mutinin ifasında səsləndiyi qeyd olunur.
Reportajda festivalın bədii rəhbəri Olqa Rostropoviçin atası haqqında verdiyi geniş məlumatlar da yer alıb.
Bununla yanaşı, reportajda məşhur skripkaçı Arseniy Çubaçinin və saksafon ustası İqor Butmanın Rostropoviç və festival haqqında fikirləri də geniş yer alıb.
oxu.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button