Ev alan saxta jurnalistlərin siyahısı – Vüqar Səfərlinin katibəsinə də ev verilib

24Ssaat.org saytı xəbər verir ki, jurnalistlər üçün tikilən və artıq paylanılan ikinci binada da birincisində olduğu kimi müəmmalı və ziddiyyətli şəxslərə ev verilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli mətbuata açıqlamasında bildirmişdi ki, yaradıcılıq prosesində iştirak etməyən, KİV-lərdə çalışan katibə, kargüzar, sürücü, xadimələr və sair tikilən binadan ev əldə edə bilməz.

Lakin saytımızın apardığı dəqiqləşdirmə zamanı məlum olub ki, Vüqar Səfərlinin dediklərinin əksinə olaraq 15 nəfər texniki işçiyə həmin binadan ev verilib.

Qanunda nəzərdə tutulmayan, lakin müəmmalı şəkildə ev əldə edən şəxslərin siyahısını təqdim edirik:

1. Tağıyeva İradə Abutalıb qızı Azərbaycan Dövlət İnformasiya Agentliyi (Mühəndis-proqramlaşdırıcı)

2. Bağırov Mamed Abbas oğlu “Səs” İnformasiya Agentliyi ( Texniki işçi)

3. Yusifzadə Rasim Elxan oğlu AR Prezidentinin Mətbuat Xidməti

4. Yaqubova Təhminə Davud qızı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ( Vüqar Səfərlinin katibəsi)

5. Rüstəmov Əvəz Cahangir oğlu Mətbuat Şurası ( 4 vəzifəsi var )

6. Nəsirov Akif Təvəkkül oğlu Milli Məclisin Mətbuat Xidməti

7. Miraləm Elşad Mircavad oğlu Diasporla İş üzrə Dövlət Komitəsi Mətbuat xidməti (Bir neçə evinin olduğu bildirilir)

8. Məmmədova Səmayə Tofiq qızı Gənclər və İdman Nazirliyi Mətbuat xidməti ( Evi var)

9. Məhəmmədov Kənan Tofiq oğlu

Məhərrəmova Günay Novruz qızı AR Prezidentinin Mətbuat Xidməti

10. İbrahimova İradə Tahir qızı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mətbuat xidməti

11. Həsənov Bəhruz İmran oğlu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsi

12. Fərzəliyev Zülfüqar İslam oğlu Milli Elmlər Akademiyası İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşması idarəsi

13. Əliyev Yusif Lətif oğlu “Haqqin.az” saytı (sürücü)

14. Eminbəyli Şakir Vəfa oğlu Rusiyanın “Rossiya – 24” telekanalının Azərbaycandakı nümayəndəsi

15. Cəfərova Səriyyə Müslüm qızı Erməni Təcavüzünün Tanıdılması İB

DÜZƏLİŞ:

Hörmətli 24saat.org redaksiyası,
Sizin saytınızda “Ev alan saxta jurnalistlərin siyahısı – VÜQAR SƏFƏRLİNİN KATİBƏSİNƏ DƏ EV VERİB” başlıqlı xəbərdə qeyd etdiyiniz siyahıda AZƏRTAC-ın da ev almış bir əməkdaşının adı qeyd olunub. Bildirmək istəyirəm ki məlumatınız doğru deyil. Məlumatı dəqiqləşdirməmiş yaymısınız. Bu hal jurnalist peşəsinə yaraşmır.
Yazıda qeyd olunur ki, Tağıyeva İradə AZƏRTAC-da katibə işləyir.
Bildirmək istərdim ki, İradə Tağıyeva AZƏRTAC-da mühəndis-proqramlaşdırıcı vəzifəsində çalışır. Onu da qeyd edim ki, AZƏRTAC-da katibə ştatı mövcüd deyil.
Xahiş edirəm, nəzərə alasınız və İ.Tağıyevanın adının siyahıdan çıxarılması üçün müvafiq tədbir görəsiniz.

Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Hörmətlə,

İlyas Rəfibəyli
AZƏRTAC-ın Texniki İdarəsinin rəis müavini.

 

Əlaqəli məqalələr

1 şərh

  1. Ev məsələsinə gəldikdə…

    Mən hesab edirəm ki, bu cür hansısa peşəyə xüsusi imtiyazlar cəmiyyətdə olmamalıdır…

    Meyyarlar da düzgün müəyyən edilməyib…

    Kiminsə adında mülkiyyət olmaya bilər, lakin əgər onun həyat yoldaşının və ya uşaqlarının(???) adına mülkiyyət var və həmin şəxs həmin mülkiyyətdə yaşayır onda axı buna yalnız o mülkiyyətin pis şəraitinə görə müəyyən növbə nəzərdə tutula bilə və o da – yaşayış şəraitinin yaxşılaşdırma siyahısına salına bilər…

    Bir nömrəli siyahıda isə həmin insanlar olmalıdır ki, onların ailə üzvlərinin heç birinin mülkiyyətində heç bir yaşayış sahəsi yoxdur, onlar həqiqətən kirayədə qalırlar və cəm halda ailənin büdcəsi heç vaxt imkan verməyəcək ki, bunlar hətta ipoteka götürüb ev alsınlar….

    Hər şey ədalətli olmalıdır!…

    Cəmiyyətdə o qədər yetim-yesir var ki, 10 kvadrat metrəlik bir otağa həsrətdir – kirayədə qalır, gələcəyə heç bir ümidi yoxdur – belənçiklərə ev vermək lazımdır!…

    Yoxsa ki, arvadının və ya ərinin adına və hətta hər bir uşağın adına mənzil ola-ola ərə və ya arvada mənzil verirlər və s. və s. və s.

    İlk növbədə son otuz ildə müxtəlif səbəblərdən evlərini itirmiş, evsiz qalan, bomj olan o qədər insanlar var ki, bunlara heç olmasa yataqxana tipli binalar tikmək gərək ki, bunlar podvallarda, zibilliklərdə həyatlarını çürüdməsinlər… Bunlar da axı bu ölkənin vətəndaşlarıdır, bunlar da axı seçicidir, bunlar da axı insandır!…

    Sonra, ən əsas: rayonlarda insanlara şərait yaratmaq, rayonlarda insanlara ev tikmək, şəhər infrastrukturu yaratmaq lazımdır ki, rayondan əhali daha yaxşı həyat şəraitinə üçün Bakıya axışmasın…

    Sonra: imkansız ailələrdən təzə həyat qurub artıq uşağı olan ailələri, uşaqların sayından asılı olaraq ev növbəsinə götürmək və onlara ev tikib paylamaq lazımdır…

    Və sə. və s. və s.

    Yəni ki, ilk növbədə hər şey ədalətli və düşünülmüş meyyarlar əsasında tərtib olunan proqramla həyata keçirilməlidir, daha kimlərisə ələ almaq məqsədi güdülməməlidir…

    Oqtay Ataxan

    25.07.2017.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button