Ev yıxıb namərdlik edənlər… quyuqazanlar…

Ağalar_BayramovAğalar Bayramov

 

Tülkünü soyan Bədəl kişi…

 

…Kəndimizdə bir ovçü Bədəl kişi var idi. Mən o zaman uşaq idim. Bədəl kişi bir gün tələ ilə tutduğu tülkünü kəndin otrasinda diri-diri soymağa başladi. Tülkü ulayırdi. Elə ulaya-ulaya da canını tapşırdı.

İllər keçdi, Bədəl kişi canını tapşıranda, nə az, nə çox, düz 7 gün uladı…

 

Polkovnikin 14 yaşlı qızı…

 

…ABŞ-n Çiqaqo şəhərində istefada olan polkovnik 14 yaşlı qız nəvəsi ilə gəzintiyə çıxmışdı. Birdən bankı qarət edən banditlərlə polis arasında atışma başlayır. Banditə atəş açan zaman polisin gülləsi polkovnikin nəvəsinə dəyir və qızcığaz o dəqiqə canını tapşırır. Polisi o dəqiqə qandallayırlar. Amma polkovnik polisi tutanlardan onun dərhal buraxılmasını tələb edir. Səbəbini soruşanda isə polkovnik belə cavab verir:
– Mən 29 il bundan qabaq Amerika ordusunun tərkibində kapitan rütbəsində Vyetnamda vuruşan zaman, bir kənddə avtomatın bütün güllələrini qarşıma çıxan 14 yaşlı günahsız qızın qarnına boşaltmışdım. İndi həmin güllə 29 ildən sonra mənim 14 yaşlı nəvəmi tapdı…

 

Balalı inəyin böyürtüsü…

 

…Şəmkirdə kasıb bir qarının balalı inəyini bir nəfər cavan oğlan kəsib satmışdı. İnəyin balası anası və süd üçün günlərlə böyürürdü. Sonralar həmin cavan avtomobil qəzasında canını tapşırdı. Atası oğlunun cənazəsi üstündə ağlamırdı, böyürürdü…

Bəli, ev yıxıb namərdlik edənlər, quyu qazanlar, arxasına arxalanıb haqqı batil edənlər düşünməsinlər ki, onlar cəsasız qalacaqlar… Allah hər şeyi yerbəyer edir. Buna inanmayanlar NADANDIR!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button