Fərəc Kərimliyə 6 il 6 ay həbs cəzası verildi

fərəcFərəc Kərimli son sözdən imtina edib

Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin cinayət işi üzrə son məhkəmə prosesi keçirilib. xural.com-a daxil olan məlumata görə, F.Kərimli son söz deməkdən imtina edərək, bir cümlə ilə fikrini bildirib: “Qanunların ayaq altına atıldığı məhkəmədə son söz demək sifariş verənlər üçün şərəf olar”. Müşavirədən sonra hakim Şəkər Məmmədova F.Kərimlinin 6 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib. Qeyd edək ki, dövlət ittihamçısı Fərəc Kərimlinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Fərəc Kərimli və qardaşı Sirac Kərimli qardaşları 2014-cü il iyulun 17-də və 23-də narkotik maddə ittihamı ilə həbs olunublar. Martın 12-də məhkəmə Sirac Kərimlini 6 il azadlıqdan məhrum edib. 2014-cü il avqustun 18-də Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı Fərəc və Sirac Kərimli qardaşıarını “vicdan məhbusları” elan edib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button