Fərəməz Novruzoğlunu bıçaqlayan killerdən xəbər var – YENİLƏNİB

F.Novruzoğlu: “Polisdən zəng etmişdilər. Məni vuran adamın fotosunu göndərdilər. Onu tanıdım…”

Xəbər verdiyimiz kimi, Milli Azadlıq Hərəkatının önəmli simalarından olan Fərəməz Allahverdiyev (Novruzoğlu) bıçaqlanıb. Hal-hazırda aldığı iki bıçaq yarasından sonra əməliyyat olunan F.Novruzoğlu “Semaşko” kimi tanınan Musa Nağıyev adına Təcili Tibbi Yardım xəstəxanasında müalicə olunur. xural.com-a daxil olan məlumatlara görə, Fərəməz Novruzoğlunun işində yenilik var. Bu gün səhər saatlarında onu ziyarət edən 16-cı Polis Bölməsinin rəisi Fuad Əliyev cinayətin açılacağına dair söz verdikdən bir neçə saat keçməmiş, F.Novruzoğlunu bıçaqlayan şəxsin müəyyənləşdirilməsi və tutulması yönündən iş intensivləşib.

Fərəməz bəy vurulan axşamı naməlum killer onun işlədiyi mağazadan 1 manatlıq telefon konturu alıb. Bunu öz kanalı ilə müəyyənləşdirən F.Novruzoğlu konturun yükləndiyi telefon nömrəsini polisə təqdim edib. Dərhal hərəkətə keçən polis çox keçmədən telefonun sahibini tapıb və 16-cı Polis Bölməsinin rəisi Fuad Əliyev F.Novruzoğlunun yanında olarkən abonentin fotosu təqdim olunub. F.Novruzoğlu onu vuramn adamım bu abonent olmadığını bildirib. Amma polis araşdırmalarını davam edib və nəticə alınıb.

feremez

Yazı çapa gedən ərəfədə F.Novruzoğlu ilə əlaqə saxladıq. Onun verdiyi məlumata görə, artıq naməlum şəxsin kimliyi məlum olub və hal-hazırda üzləşdirmə üçün F.Novruzoğlunun yanına aparılır: “Polisdən zəng etmişdilər. Məni vuran adamın fotosunu göndərdilər. Onu tanıdım və məni vuran adamın bu adam olduğunu söylədilər. Mənə dedilər ki, adam tam nəzarətdədir və bir yerə qaçması və ya aradan çıxması mümkünsüzdür. Adamın tutulması an məsələsidir.”

feremez2

Redaktorlar Fərəməz Novruzoğlunu ziyarət etdilər

xural.com-un əldə etdiyi məlumatlara görə, iyulun 3-də Azərbaycan mediasının nümayəndələri Fərəməz Novruzoğlunu ziyarət ediblər.

Strateq.az saytının baş redaktoru Elxan Şükürlü, azpolitika.az az saytının baş redaktoru Elnur Məhərrəmli, “Millətim” qəzetinin və ayniadlı saytın baş redaktoru Ramiz Tağıyev, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və sabiq vicdan məhbusu Hilal Məmmədov xəstəxanada Fərəməz Novruzoğlunu ziyarət ediblər və baş verənlərdən narahatçılıqlarını bildiriblər. Redaktorlar tezliklə cinayəti törədənin tapılıb qanuni cəzasını alacağına əminliklərini bildiriblər.

xural.com 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button