Fərhad Məmmədov: “…Onlar antiazərbaycan fəaliyyəti ilə məşğul olurlar”

Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov29.06.2013

“Arif Kərimov, Faxroddin Abboszadə və onlara bənzər təxribatçılar Rusiyadakı federal-mədəni muxtariyyətin alicənab pərdəsi arxasında gizlənirlər və antiazərbaycan fəaliyyəti ilə məşğul olurlar”.

Bunu yerli mətbuata müsahibəsində Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.
Onun sözlərinə görə, adıçəkilən şəxslər avantüristlərdir və Rusiya vətəndaşlarının milliyyətcə ləzgi və talış olan nümayəndələri onları dəstəkləmir.

“Onlar öz fəaliyyətlərini istisnasız olaraq yalnız Azərbaycan üzərində cəmləşdiriblər. Tədbir keçirmək üçün ən sevimli məkanları da Ermənistandır. Rusiyadakı Azərbaycan diaspor təşkilatları özünü milli-mədəni muxtariyyət adlandıran bu təxribatçılara layiq olduqları cavabı verməlidirlər” – deyə Məmmədov bildirib.

Burada diqqəti cəlb edən məqam odur ki, bu müsahibə faktiki olaraq “AzərRos” diaspor təşkilatının fəaliyyətinə qarşı yönəlib. Həmin təşkilata isə Abbas Abbasov başçılıq edir. Belə çıxır ki, F.Məmmədov həmin təşkilatı Azərbaycan əleyhinə fəaliyyətin qabağını almamaqda ittiham edib.

Qeyd edək ki, Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti ətrafındakı siyasi ehtiraslar bu təşkilat Dərbənddəki Sovet küçəsinin adının dəyişdirilərək Heydər Əliyev küçəsi qoyulmasına qarşı çıxandan sonra qızışıb. Rusiyanın ləzgilərin mal-heyvan otardığı 2000 hektar mübahisəli ərazini Azərbaycana verməsi xəbəri də bu ləzgi təşkilatını qızışdıran amillərdən biri olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button