Fərzəliyevin misli görünməmiş fırıldaq sxemi

Rusiyanın Sankt-Peterburq şəhərinin polisi “şimal paytaxtı”nın avtosalonlarından 315 avtomobil müsadirə edib. Bu tədbirlər Azərbaycan əsilli şübhəli başda olmaqla, 19 nəfərdən ibarət mütəşəkkil qrupun cinayət işi üzrə araşdırmalar çərçivəsində həyata keçirilib.

Virtualaz.org Rusiya DİB Sankt-Peterburq Baş İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2013-cü ildə Orxan Kamil oğlu Fərzəliyev 15 nəfərdən və 4 ixtisaslaşdırılmış qrupdan ibarət dəstə yaradıb. Dəstə üzvləri guya avtossalon vasitəsilə maşın alveri ilə məşğul olublar. Maraqlıdır ki, alıcılara avtomobilin modelini və komplektləşdirilməsini internet vasitəsilə seçmək imkanı yaradılıbmış. Sxem sadə olub: alıcı müqaviləni imzalayır və pulun bir hissəsini ödəyir, sonradan isə məlum olur ki, sifariş edilmiş maşın yoxdur – ya daha bahalı komplektasiya seçilməli, ya da ödədiyin puldan əlini üzməlisən. Qeyd edək ki. sonuncu şərt alıcının mahiyyətinə varmadan imzaladığı müqavilədə xırda şriftlərlə yazılıbmış.

Hazırda iş üzrə 20-yə yaxın zərərçəkmiş var. Məhkəmə 15 şübhəli şəxs barəsində vəsatətlərə baxaraq onları təmin edib və şübhəlilərdən 12 nəfəri artıq həbsdədir. İş üzrə ittiham edilənlərin hamısı Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi üzrə (“dələduzluq” və “mütəşəkkil cinayətkar dəstədə iştirak”) təqsirli bilinirlər.

Cinayət işini 81 müstəntiq araşdırır. Dünən, martın 23-də, dələduzluq əməlləri törədilmiş 4 avtosalondan dəyəri 150 milyon rubldan (təxminən 4,5 milyon manat – virtualaz.org) artıq olan 315 avtomovil müsadirə edilərək götürülüb. İstintaq materiallarına görə, dələduzların vurduğu maddi zərər hazırda 1 milyon rublu keçib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button