Fətullah Gülənin “sağ əli” həbs olundu

Türkiyədə 15-16 iyul hərbi çevrilişə cəhdlə bağlı daha 2 mühüm şəxs həbs edilib. Türkiyə medaisı xəbər verir ki, çevriliş cəhdinin sifarişçisi, terror təşkilatının lideri kimi təqdim olunan Fətullah Gülənin Pensilvaniyadakı “sağ əli” Halis Hancı və cəhdin 1 nömrəli ismi Akın Öztürkün kürəkəni, podpolkovnik Hakan Karakuş həbs olunub.

Məlumata görə, Hakan Karakuşu Sincanda Terrorla Mübarizə Şöbəsinin əməkdaşları həbs edib və ifadəsi alınmaq üçün Ankaraya aparılıb.

Əsl adı Davud Hancı olan, lakin Halis Hancı kimi tanınan şəxs isə Trabzonda tutulub. O, “Gülən camaatı”nın maliyyə baxımından ən önəmli isimi olaraq təqdim edilir. Onu Trabzon polisi 23 iyul axşam saatlarında Arkalı rayonunda həyata keçirdikləri əməliyyat zamanı tutublar. Trabzon valisi Yücel Yavuz bildirib ki, əməliyyat zamanı qısa bir toqquşma da yaşanıb. Valinin sözlərinə görə, Davud (Halis) Hancı Gülən təşkilatının ikinci şəxsi səviyyəsindədir.

Türkiyə mediasının yazdığına görə, araşdırma zamanı bəlli olub ki, Hancı Türkiyəyə çevriliş cəhdindən iki gün əvvəl – iyulun 13-də gəlib.

azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button