“Facebook”da sürətlə virus yayılır

virusSon günlər “Facebook”da sürətlə virus yayılmağa başlayıb.

“SalamNews” xəbər verir ki, yayılan bu viruslar insanlara mesaj şəklində ötürülür. Belə ki, “Facebook” istifadəçiləri dostluqlarında olan insanlardan müxtəlif mesajlar alırlar. Həmin mesajlar müxtəlif keçidlərlə (“link”) göndərilir. Əgər istifadəçi həmin keçidə daxil olarsa, virus həm kompüterə, həm də profilə düşür. Virus düşdükdə isə avtomatik olaraq digər istifadəçilərə ötürülür.
Mütəxəssislər bu cür viruslardan qorunmaq üçün şübhəli və ya tanımadığınız insanlardan gələn mesajları oxumamağınızı və ya cavab verməməyinizi, eləcə də belə halın baş verəcəyi təqdirdə, parolunuzu təcili olaraq, dəyişməyinizi tövsiyə edirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button