Faiq Əmirliyə yeni ittiham irəli sürüldü – 168-ci maddə

Faiq Əmirli hazırda Nəsimi Rayon Məhkəməsinə gətirilir.

“Azadlıq” qəzetinin direktoru, AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirliyə yeni ittiham irəli sürülüb. O, CM-nin 168-ci maddəsi (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) ilə təqsirli bilinib. İstintaq eyni zamanda Faiq Əmirlini Hizmət təşkilatının Azərbaycandakı imamı elan edib. Faiq Əmirli ona qarşı irəli sürülən ittihmları rədd edib və heç bir ifadə verməyib.

Xatırladaq ki, Faiq Əmirli avqustun 20-də şübhəli şəxs qismində saxlanılmışdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button