Fevral ayında Vergilər Nazirliyinə 10 min sahibkar müraciət edib

vergiler

2016-cı ilin fevral ayı ərzində vergi orqanlarına daxil olan 10 min 176 müraciətdən 97,6 faizi ərizə, 2,1 faizi şikayət, 0,3 faizi isə təklifdir.

Bu barədə azertag.az-a Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Müraciətlərin 55 faizi müxtəlif arayışların alınması, 15,1 faizi kameral vergi yoxlamaları, 7,3 faizi vergi borcları, 2,2 faizi səyyar vergi yoxlamaları, 1,8 faizi vergidən yayınma və dividentlərin verilməsi, 0,9 faizi operativ vergi nəzarəti (o cümlədən nağd hesablaşmaların aparılması qaydalarının pozulması), 0,4 faizi qanunsuz sahibkarlıq fəaliyyəti, 0,3 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2 faizi korrupsiya hüquqpozmaları, qalanları isə digər məsələlərlə bağlı olub. Bütün müraciətlərə vaxtında baxılıb, onların 75,7 faizi müsbət həll olunub.

Bu ilin fevral ayı ərzində vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin fevral ayı ilə müqayisədə 46,3 faiz, cari ilin yanvar ayı ilə müqayisədə isə 35,7 faiz azalıb. Nazirliyin aparatına daxil olmuş şikayətlərin sayı da ötən ilin fevral ayı ilə müqayisədə 50,3 faiz, cari ilin yanvar ayı ilə müqayisədə isə 40,3 faiz az olub.

Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 394 vətəndaş qəbul edilib, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button