Fikrət Fərəməzoğlu həbs edildi

Tanınmış jurnalist, jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu həbs edilib. Jurnalistin həyat yoldaşının mətbuata verdiyi məlumata görə, iyunun 30-u günorta saatlarında 3 nəfər mülki geyimli naməlum şəxs jurnalistin evinə daxil olaraq axtarış aparmaq adı ilə Fikrət Fərəməzoğluna məxsus notebook-u götürərək evdən çıxıblar. Jurnalistin həyat yoldaşı həmin şəxslərdən nələr olduğunu soruşanda onlar Fikrət Fərəməzoğlunun həbs edildiyini bildiriblər, lakin həbs olunma səbəbini söyləməyiblər. Fikrət Fərəməzoğlunun həyat yoldaşı həmçinin bildirib ki, həyat yoldaşının həbs olunaraq hara aparılmasını və onun hal-hazırda harada saxlanılması haqda heç bir məlumata malik deyil.

xural.com-un özəl mənbələrdən əldə etdiyi məlumatlara görə, redaktoru “Banditizm” kimi tanınan Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsi həbs edib. Ona qarşı xeyli şikayətlərin olduğu haqqında məlumatlar var. Baş redaktorun həbsində başqa versiyaların da olduğu iddia olunur.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button