Fikrət Hüseynli Kiyevdə saxlanılıb

Jurnalist Fikrət Hüseynli Kiyev Borispol aeroportunda saxlanılaraq təcridxanaya aparılıb.

O, Azərbaycan hökumətinin İnterpola verdiyi sorğu əsasında saxlanılıb. Əməkdaşımızla telefon danışığında Fikrət Hüseynli bildirib ki, ittihamın məğzi ona bəlli deyil.

Xatırladaq ki, F.Hüseynli Niderland vətəndaşıdır. O, Turan TV ilə əməkdaşlıq edirdi və Azərbaycanlı mühacirlər arasında siyasi fəallığı ilə fərqlənir.

Mühacirətə gedərkən “Azadlıq” qəzetinin əməkdaşı idi və davamlı təqiblərə görə ölkəni tərk etməyə məcbur olmuşdu. 2006-cı ilin mart ayının 6-da axşam saatlarında paytaxtın mərkəzi küçələrində kimliyi bilinməyən şəxslər onu döyüb, boğazını kəsib, barmağını sındırıblar. Faktla bağlı cinayət işi qaldırılsa da, cinayətin üstü hələ də açılmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button