Fikrət Qocadan oğluna şeir: “Bəlkə yaxşı ata ola bilmədim”

Xalq şairi Fikrət Qoca bir neçə gün öncə öldürülən oğlu Yalçın Qocaya şeir yazıb.

Xatırladaq ki, Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. Y.Qocayev hadisə yerində ölüb. Hadisə ilə bağlı 3 nəfər tutulub.

Xural.com “Qafqazinfo”-ya istinadən həmin şeiri Oxuculara təqdim edir:

 

Oğluma sonuncu layla:

 

Mən səni qorudum uşaqlığından,

Mən səni qorudum cavanlığından,

Qorudum səni mən baba olunca

Demirəm izlədim, gəzdim dalınca…

Bu sözü atalar deyib əzəldən:

“Ac qarın özünü verər qılınca”.

Bəlkə yaxşı ata ola bilmədim

Səni öz əlindən ala bilmədim.

Sən öldün, amma mən ölə bilmədim.

İndi yaşayıram qalan vaxtımı.

Yaşamaq… Yəni bu, yaşamaqdımı?..

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button