“Fitch” agentliyi Azərbaycanın kredit reytinqini aşağı saldı

Fitch-Ratings

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini “BBB-” səviyyəsindən “BB+” səviyyəsinə endirib. Reytinqin dəyişilməsi ilə bağlı proqnoz “mənfi”dir.

Strateq.az bidirir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.  “Neftin aşağı qiyməti ölkənin maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirib”, – deyə reytinq agentliyinin analitikləri bildiriblər.

Bloomberg bildirib ki, belə böhran təkcə Azərbaycan deyil, bütün neft ölkələri üçün xarakterikdir.

Xatırladaq ki, yanvarın sonunda “Standard & Poor`s” (“S&P”) beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini “BBB-” səviyyəsindən “BB+” səviyyəsinə endirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button