Flora Kərimovanın 70 yaşı tamam oldu

Ancaq O, hər zamankı kimi gözəl və cazibədar olaraq qalır…

Azərbaycanın canlı əfsanəsi, xalq artisti Flora Kərimovanın 70 yaşı tamam oldu. Amma xalq artisti yubiley yaşı olmasına baxmayaraq, bu günü xüsusi qeyd etməyib. Səbəb isə bu tarixin Ağdamın işğalı ilə üst-üstə düşməsidir. Elə buna görə də sənətkar bu günü qeyd etməkdən imtina edib. Flora Kərimova ad günü ərəfəsində 4 yaraşıqlı oğlanla birgə yeni “Səni sevirəm” duetini ifa edib. Maraqlı məqamlardan biri də xalq artistinin bu dəfə özünün deyil, NEXT-in ifa üslubunda oxuması olub.

Qeyd edək ki, F. Kərimova 1941-ci il, iyulun 23-də anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (1964), Azərbaycan Dövlət Tibb Universitetini (1971) və Azərbaycan Dövlət Konservatoriyasını (1977) bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun “Çinar” ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli (“Leyli və Məcnun”, Ü.Hacıbəyli) partiyasında çıxış edib (1966), “Qanun naminə” (1968) bədii filmində çəkilib.

Xural” qəzeti,

İl: 9, sayı: 028 (436), 24 -30 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button