Formula-1 dövlət büdcəsindən nə qədər pul yeyəcək?!

Xural.com İqtisadi Tədqiqatlar Mərkəzinin və ADR Hərəkatının sədri Qubad İbadoğlunun Formula-1 yarışlarından bəhs edən facebook statusunu təqdim edir:

Bu il beynəlxalq və ölkə səviyyəli tədbirlərin həyata keçirilməsi üçün yalnız dövlət büdcəsindən 429,3 milyon manat xərclənəcək.

Onun da çox hissəsini Formula-1 yeyəcək.

Bu gün Bakıda Formula-1 Avropanın Qrand Pri yarışı start götürdü. Bu yarışdan nə qazanıb, nə itiririk sualı hər birimizi düşündürür. Bu sualı müxtəlif müstəvilərdə və maraqlar çərçivəsində cavablandırmaq mümkündür. Mən sualın iqtisadi kontekstdə cavablandırmaq istərdim.
Nəzərə alaq ki, bir çox idman yarışlarının təşkilindən əvvəl yeni infrasturktur obyektlərinin tikilməsi və mövcud olanların reonstruksiyası əlavə vəsait xərclənməsini tələb edir. Odur ki, qiymətləndirmələr də bu amil də nəzərə alınmalıdır. Belə ki, 2015-ci ilin büdəsinin icrasına dair hesabatdan məlum olur ki, ötən ilin dövlət büdcəsindən idman obyektlərinin tikintisi, yenidən qurulması və əsaslı təmiri üçün 1,5 milyard manata qədər vəsait xərclənib. Əsasən idman infrastrukturunun yaradılmasına və bu məqsədlə tikinti və quraşdırma işlərinə yönələn belə böyük miqdarda xərcləmə daha çox Azərbaycanın ev sahibliyi edəcəyi beynlxalq səviyyəli idman yarışları ilə bağlıdır. Belə ki, bu ilin büdcəsindən yalnız beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlər üçün 403,3 milyon manat, beynəlxalq və ölkə səviyyəli digər tədbirlərin keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə əlavə olaraq 26 milyon manat ayrılması nəzərdə tutulub. Beləliklə də bu il bütövlükdə beynəlxalq və ölkə səviyyəli tədbirlərin həyata keçirilməsi üçün yalnız dövlət büdcəsindən 429,3 milyon manat xərclənəcək. Böyük ehtimalla bu vəsaitin çox hissəsini bu il iyunun 17-19 -da Bakıda keçiriləcək Formula-1 Avropanın Qrand Pri yarışı “yeyəcək”. Lakin onu da nəzərə almaq lazımdır ki, beynəxlalq tədbirlərin maliyyələşməsinə dövlət büdcəsi ilə yanaşı digər mənbələrdən də vəsait ayrılır. Fikrimizcə, dövlət maliyyəsində çətinliklərin müşahidə olunduğu indiki zamanda yüz milyonlarla vəsaitin bu məqsədlər üçün xərclənməsinə dəyməz. Çünki, idman infrastrukturunun formalaşdırılması deyil, onun saxlanması da büdcənin yükünü artırır və adətən bu məqsədli xərcləmələrin dinamikası pozitiv olur. Odur ki, istənilən halda belə yarışlardan iqtisadi mənada qazanclar itkilərimizdən dəfələrlə az olur.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button